https://sputnik.az/20230829/sekide-2-kendi-sel-sulari-basib-458141154.html
Şəkidə 2 kəndi sel suları basıb
Şəkidə 2 kəndi sel suları basıb
Sputnik Azərbaycan
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür. 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T21:32+0400
2023-08-29T21:32+0400
2023-08-29T21:32+0400
hadisə
sel
hava şəraiti
şəki
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413394_722:0:4000:1844_1920x0_80_0_0_6fbc7436aff3adb428b4a5cd07178d85.jpg
BAKI, 29 avqust — Sputnik. Şəkiyə leysan yağışları yağıb, iki kəndi sel suları basıb.APA-nın məlumatına görə, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Ərcan çayında suyun səviyyəsi həddən artıq qalxması səbəbindən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərində olan suötürücülər tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413394_1141:0:3600:1844_1920x0_80_0_0_e2b9a02401e6c3becc716316c5bbf789.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sel, hava şəraiti, şəki
Şəkidə 2 kəndi sel suları basıb
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.
BAKI, 29 avqust — Sputnik. Şəkiyə leysan yağışları yağıb, iki kəndi sel suları basıb.
APA-nın məlumatına görə, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.
Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Ərcan çayında suyun səviyyəsi həddən artıq qalxması səbəbindən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərində olan suötürücülər tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.