CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NİİM sürücülərə müraciət etdi

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
Piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub.
BAKI, 29 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib. NİİM-dən Sputnik Azərbaycan daxil olan müraciətdə deyilir:
"Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta elə hallar olub ki, piyadalar piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub. Bu, bir faktdır ki, avtomobil idarə edərkən telefonla zəng etmək, mesaj yazmaq və ya gələn zəngi, mesajı cavablandırmaq sürücünün diqqətinin dağılmasına səbəb olur. Bu da qəzaya yol açır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə hazırladığı videoçarxı təqdim edir".
Xəbər lenti
0