https://sputnik.az/20230829/neft-qiymetleri-dalia-qasirgasi-sebebinden-ucuzlasib-458136326.html
Neft qiymətləri "İdalia" qasırğası səbəbindən ucuzlaşıb
Neft qiymətləri "İdalia" qasırğası səbəbindən ucuzlaşıb
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılmasından sonra bu il qlobal tədarükün əhəmiyyətli dərəcədə azalacağını nəzərə alsaq, bu, neft qiymətlərini... 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T14:56+0400
2023-08-29T14:56+0400
2023-08-29T14:56+0400
neft
neft-qaz
neft qiymətləri
azeri light markalı neft
"azeri light"
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288723_0:140:3143:1908_1920x0_80_0_0_ab0f1288a1b40bb547d4fb4bf6a0e77f.jpg
BAKI, 29 avqust — Sputnik. Neft qiymətləri bir qədər ucuzlaşıb, çünki investorlar Meksika körfəzində gözlənilən "İdalia" qasırğası ilə əlaqədar potensial tədarükün pozula biləcəyini gözləyirlər. Neft qiymətləri iki həftə dalbadal enişlərlə bağlandıqdan sonra həftəyə çox aktiv başlamadı və investorlar bu həftə ABŞ və Çindən gələn mühüm məlumatlardan əvvəl böyük investisiyalardan çəkiniblər. "Brent" cüzi ucuzlaşaraq 83,78 dollara, "WTI" isə 0,1% ucuzlaşaraq 80,00 dollara düşüb. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti dəyişməyərək 88,56 dollar təşkil edib. Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılmasından sonra bu il qlobal tədarükün əhəmiyyətli dərəcədə azalacağını nəzərə alsaq, bu, neft qiymətlərini dəstəkləyəcək. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288723_206:0:2937:2048_1920x0_80_0_0_1f4d38fa2529fa0d8adb1590d939f3ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri, azeri light markalı neft, "azeri light"
neft, neft qiymətləri, azeri light markalı neft, "azeri light"
Neft qiymətləri "İdalia" qasırğası səbəbindən ucuzlaşıb
Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılmasından sonra bu il qlobal tədarükün əhəmiyyətli dərəcədə azalacağını nəzərə alsaq, bu, neft qiymətlərini dəstəkləyəcək.
BAKI, 29 avqust — Sputnik. Neft qiymətləri bir qədər ucuzlaşıb, çünki investorlar Meksika körfəzində gözlənilən "İdalia" qasırğası ilə əlaqədar potensial tədarükün pozula biləcəyini gözləyirlər.
Neft qiymətləri iki həftə dalbadal enişlərlə bağlandıqdan sonra həftəyə çox aktiv başlamadı və investorlar bu həftə ABŞ və Çindən gələn mühüm məlumatlardan əvvəl böyük investisiyalardan çəkiniblər.
"Brent" cüzi ucuzlaşaraq 83,78 dollara, "WTI" isə 0,1% ucuzlaşaraq 80,00 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti dəyişməyərək 88,56 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılmasından sonra bu il qlobal tədarükün əhəmiyyətli dərəcədə azalacağını nəzərə alsaq, bu, neft qiymətlərini dəstəkləyəcək.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.