https://sputnik.az/20230829/narkotikin-tesiri-altinda-masin-suren-sexs-hebs-olundu-458144143.html
Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu
Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu
Sputnik Azərbaycan
Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən... 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T16:05+0400
2023-08-29T16:05+0400
2023-08-29T16:06+0400
narkotik
cəmiyyət
sürücü
narkotik vasitə
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 29 avqust — Sputnik. Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib. N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, sürücü, narkotik vasitə
narkotik, sürücü, narkotik vasitə
Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu
16:05 29.08.2023 (Yenilənib: 16:06 29.08.2023) Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
BAKI, 29 avqust — Sputnik. Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib.
N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.