Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabad Xəstəxanasında doğulan körpə nədən ölüb?

© pixabay / christianabellakörpə
körpə  - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
Uşaq ölümü ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
BAKI, 29 avqust — Sputnik. Cəlilabad rayonunda körpə ölümü baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi uşağının avqustun 28-də yaşadığı evdə ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə Ağdaş xəstəxanasında körpə ölümlərinə görə iki həkim barəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Xəbər lenti
0