https://sputnik.az/20230829/bakidan-xankendiye-40-ton-humanitar-yardim-aparan-tir-lar-agdama-catib-458147752.html
Bakıdan Xankəndiyə 40 ton humanitar yardım aparan TIR-lar Ağdama çatıb
Bakıdan Xankəndiyə 40 ton humanitar yardım aparan TIR-lar Ağdama çatıb
Sputnik Azərbaycan
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir. 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T17:23+0400
2023-08-29T17:23+0400
2023-08-29T17:23+0400
xankəndi
azərbaycan xəbərləri
bakı
ağdam
yük
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458147585_0:19:656:388_1920x0_80_0_0_788f0803a1fa08bef4a7b6144fab574b.jpg
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Ağdama çatıb. Bu barədə "Report"un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir. Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir. Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb: "Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək". "Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik", - o, vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458147585_86:0:603:388_1920x0_80_0_0_0af6f711e1626bc9d63e0d42fd65ff74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xankəndi, bakı, ağdam, yük
xankəndi, bakı, ağdam, yük
Bakıdan Xankəndiyə 40 ton humanitar yardım aparan TIR-lar Ağdama çatıb
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir.
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Ağdama çatıb.
Bu barədə "Report"un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir.
Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb: "Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək".
"Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik", - o, vurğulayıb.