CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Quba yolunun bir hissəsi təmir olunur

© Azerbaijan Highway State AgencyBakı-Quba yolu
Bakı-Quba yolu - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işlərini aparır.
Bu barədə agentlik məlumat yayıb. Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.
Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.
Xəbər lenti
0