https://sputnik.az/20230829/alimler-qlobal-istilesmenin-alternativ-gunahkarini-tapiblar-458118776.html
Alimlər qlobal istiləşmənin alternativ günahkarını tapıblar
Alimlər qlobal istiləşmənin alternativ günahkarını tapıblar
Sputnik Azərbaycan
Sakit okeanda baş vermiş Hunqa vulkanının geniş miqyaslı püskürməsi qlobal istiləşməyə səbəb ola bilər. 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T08:03+0400
2023-08-29T08:03+0400
2023-08-29T08:03+0400
alim
elm
qlobal istiləşmə
vulkan
vulkan ocaqları
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_0:158:3077:1889_1920x0_80_0_0_0293902cf8cadec8b6198f43dc30ec46.jpg
BAKI, 29 avqust — Sputnik. Alimlər bu il dünyanın müxtəlif yerlərində qeydə alınan temperatur rekordlarını izah etmək üçün alternativ versiya irəli sürüblər. Onların fikrincə, ötən ilin əvvəlində Sakit okeanda baş vermiş Hunqa vulkanının geniş miqyaslı püskürməsi səbəb ola bilər. "Nature" elmi jurnalı bu barədə yazıb. Sakit okeanın cənubunda, polineziyanın Tonqa dövlətinin əsas adasından, təxminən 65 kilometr məsafədə yerləşən, tam adı Hunqa Tonqa-Hunqa Haapay kimi səslənən vulkanın püskürməsi 2022-ci ilin yanvarında baş verib. Bu, bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi olsa da kimsənin diqqətini çəkmədi, çünki partlayışın özü su altında baş vermişdi. Püskürmə nəticəsində yüksələn sunami Yaponiya və hər iki Amerika materikinin sahillərinə, vulkanik kül isə 58 kilometr hündürlüyə qalxaraq mezosferə çatdı. Nəticədə ərimiş maqmanın su ilə qarşılıqlı təsiri nəticəsində Yer atmosferinə çoxlu miqdarda buxar buraxıldı ki, bu da istixana qazıdır və planetin ətrafında istiliyi effektiv şəkildə saxlaya bilir. Bundan əlavə, vulkanik emissiyalarda karbon qazı da daxil olmaqla digər qazlar da var idi. Atmosferin su buxarı və qazları ilə doyması kəskin istiləşməyə səbəb oldu ki, bunun nəticələri yalnız yaxın beş il ərzində yox olacaq. Bundan əvvəl okeanoloq Sergey Muxametov okeanların səthinin temperaturunun artması ilə əlaqədar qlobal istiləşmənin mümkün sürətlənməsini açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_174:0:2903:2047_1920x0_80_0_0_8ca3804fd4a439686f4b3949e1ddbd8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
alim, qlobal istiləşmə, vulkan, vulkan ocaqları
alim, qlobal istiləşmə, vulkan, vulkan ocaqları
Alimlər qlobal istiləşmənin alternativ günahkarını tapıblar
Sakit okeanda baş vermiş Hunqa vulkanının geniş miqyaslı püskürməsi qlobal istiləşməyə səbəb ola bilər.
BAKI, 29 avqust — Sputnik. Alimlər bu il dünyanın müxtəlif yerlərində qeydə alınan temperatur rekordlarını izah etmək üçün alternativ versiya irəli sürüblər. Onların fikrincə, ötən ilin əvvəlində Sakit okeanda baş vermiş Hunqa vulkanının geniş miqyaslı püskürməsi səbəb ola bilər.
"Nature" elmi jurnalı bu barədə yazıb.
Sakit okeanın cənubunda, polineziyanın Tonqa dövlətinin əsas adasından, təxminən 65 kilometr məsafədə yerləşən, tam adı Hunqa Tonqa-Hunqa Haapay kimi səslənən vulkanın püskürməsi 2022-ci ilin yanvarında baş verib. Bu, bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi olsa da kimsənin diqqətini çəkmədi, çünki partlayışın özü su altında baş vermişdi.
Püskürmə nəticəsində yüksələn sunami Yaponiya və hər iki Amerika materikinin sahillərinə, vulkanik kül isə 58 kilometr hündürlüyə qalxaraq mezosferə çatdı.
Nəticədə ərimiş maqmanın su ilə qarşılıqlı təsiri nəticəsində Yer atmosferinə çoxlu miqdarda buxar buraxıldı ki, bu da istixana qazıdır və planetin ətrafında istiliyi effektiv şəkildə saxlaya bilir. Bundan əlavə, vulkanik emissiyalarda karbon qazı da daxil olmaqla digər qazlar da var idi.
Atmosferin su buxarı və qazları ilə doyması kəskin istiləşməyə səbəb oldu ki, bunun nəticələri yalnız yaxın beş il ərzində yox olacaq.
Bundan əvvəl okeanoloq Sergey Muxametov okeanların səthinin temperaturunun artması ilə əlaqədar qlobal istiləşmənin mümkün sürətlənməsini açıqlamışdı.