DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və BMT İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlar imkanlarını araşdırır

© AFP 2024 / ED JONESBMT
BMT - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
"Milliyet" qəzeti Türkiyə, BMT və Rusiya arasında taxıl müqaviləsi üzrə üçtərəfli danışıqların aparılmasının mümkünlüyü barədə məlumat yayıb.
BAKI, 28 avqust — Sputnik. Ankara və BMT İstanbulda Rusiyanın texniki nümayəndə heyəti ilə taxıl sazişi üzrə danışıqlar aparmaq imkanlarını araşdırır, konkret təkliflər hazırlayırlar.
Bunu danışıqlar prosesində iştirak edən mənbə "RİA Novosti"yə bildirib.
Qeyd edək ki, bundan əvvəl "Milliyet" qəzeti Türkiyə, BMT və Rusiya arasında taxıl müqaviləsi üzrə üçtərəfli danışıqların aparılmasının mümkünlüyü barədə məlumat yayıb.
"Hazırda bu görüşün imkanları üzərində işləyirik. Müzakirə üçün konkret təkliflər hazırlayırıq. Müvafiq kanallar vasitəsilə əlaqə qurulur. Proses dayanmır", - deyə agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, taxıl müqaviləsi iyulun 18-də dayandırılıb. Rusiya tərəfi Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etiraz etdiyi barədə xəbərdar edib. Prezident Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyildilər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Xəbər lenti
0