https://sputnik.az/20230828/tebii-felaketlerden-zerer-ceken-fermerler-sigorta-odenisi-alacaq-458091440.html
Təbii fəlakətlərdən zərər çəkən fermerlər sığorta ödənişi alacaq
Təbii fəlakətlərdən zərər çəkən fermerlər sığorta ödənişi alacaq
Sputnik Azərbaycan
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bu il təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər... 28.08.2023, Sputnik Azərbaycan
2023-08-28T19:37+0400
2023-08-28T19:37+0400
2023-08-28T19:37+0400
fermer
cəmiyyət
goranboy
goranboy rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_0:0:3072:1728_1920x0_80_0_0_bab4eb36fafb7d2f8925428d02d6531f.jpg
BAKI, 28 avqust — Sputnik. Havaların qeyri-sabit keçməsi, sel və daşqınlar nəticəsində Goranboy rayonunda fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq. Bunu qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov Goranboyda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda keçirilən regional tədbirdə bildirib. O, bu il bölgədəki fermerlərə sığorta ödənişlərinin daha da artırılacağını bildirib. Sədrin sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bu il təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər çəkən bölgələrdən olduğunu qeyd edib. O, bildirib ki, bu fəlakətlər kənd təsərrüfatına, rayondakı fermerlərə, iri və kiçik təsərrüfatlara böyük zərər vurub və hazırda sığortalı təsərrüfatlar sığorta ödənişlərini gözləyirlər. Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması, meyvə bağlarının sığortası aqrar sığorta ekspertlərinin fəaliyyəti ilə bağlı sual və təkliflərini səsləndiriblər. Bir sıra iri təsərrüfatların nümayəndələri təbiət hadisələri nəticəsində dəyən zərərlər, dəymiş ziyanın hesablanması və ödəniş qaydaları ilə bağlı fond rəhbərliyinə suallar ünvanlayıb və bütün suallar cavablandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_252:0:2983:2048_1920x0_80_0_0_a25159a48506532e9f712326ecb4fea0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fermer, goranboy, goranboy rayonu
fermer, goranboy, goranboy rayonu
Təbii fəlakətlərdən zərər çəkən fermerlər sığorta ödənişi alacaq
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bu il təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər çəkən bölgələrdən olduğunu qeyd edib.
BAKI, 28 avqust — Sputnik. Havaların qeyri-sabit keçməsi, sel və daşqınlar nəticəsində Goranboy rayonunda fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq. Bunu qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov Goranboyda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda keçirilən regional tədbirdə bildirib.
O, bu il bölgədəki fermerlərə sığorta ödənişlərinin daha da artırılacağını bildirib. Sədrin sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bu il təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər çəkən bölgələrdən olduğunu qeyd edib. O, bildirib ki, bu fəlakətlər kənd təsərrüfatına, rayondakı fermerlərə, iri və kiçik təsərrüfatlara böyük zərər vurub və hazırda sığortalı təsərrüfatlar sığorta ödənişlərini gözləyirlər.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması, meyvə bağlarının sığortası aqrar sığorta ekspertlərinin fəaliyyəti ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Bir sıra iri təsərrüfatların nümayəndələri təbiət hadisələri nəticəsində dəyən zərərlər, dəymiş ziyanın hesablanması və ödəniş qaydaları ilə bağlı fond rəhbərliyinə suallar ünvanlayıb və bütün suallar cavablandırılıb.