Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Son saatlar: Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

© AFP 2023 / NATALIA KOLESNIKOVATələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
BAKI, 28 avqust — Sputnik. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.
1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.
İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.
Xəbər lenti
0