https://sputnik.az/20230828/ermenistana-kecmek-isteyen-sexsin-nerd-taxtasi-musadire-edildi-458095149.html
Ermənistana keçmək istəyən şəxsin nərd taxtası müsadirə edildi
Ermənistana keçmək istəyən şəxsin nərd taxtası müsadirə edildi
Sputnik Azərbaycan
Keçid zamanı erməni əsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən... 28.08.2023, Sputnik Azərbaycan
2023-08-28T12:46+0400
2023-08-28T12:46+0400
2023-08-28T12:46+0400
ermənistan
siyasət
laçın
dövlət gömrük komitəsi
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458094737_0:225:1440:1035_1920x0_80_0_0_504442b196e7e7e773813021d8e54d5d.jpg
BAKI, 28 avqust — Sputnik. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib. Bu barədə ərazidə müşahidə aparan jurnalistlər məlumat verib. Belə ki, keçid zamanı erməni əsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib. Xatırladaq ki, Ermənistan hökumət başçısı Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458094737_0:0:1440:1080_1920x0_80_0_0_33f3a69ca0602798ec2a3ae3bdc3eb6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, laçın, dövlət gömrük komitəsi, dövlət sərhəd xidməti
ermənistan, laçın, dövlət gömrük komitəsi, dövlət sərhəd xidməti
Ermənistana keçmək istəyən şəxsin nərd taxtası müsadirə edildi
Keçid zamanı erməni əsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
BAKI, 28 avqust — Sputnik. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.
Bu barədə ərazidə müşahidə aparan jurnalistlər məlumat verib.
Belə ki, keçid zamanı erməni əsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.
Xatırladaq ki, Ermənistan hökumət başçısı Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.