Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elton Con xəstəxanaya yerləşdirildi

© Lewis JOLY / POOL / AFPElton Con
Elton Con - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
76 yaşlı ser Elton Con ötən gecə Nitsadakı Mont-Borondakı evində baş vermiş hadisədən sonra Monakoda xəstəxanaya yerləşdirilib.
BAKI, 28 avqust — Sputnik. Məşhur britaniyalı müğənni Elton Con Fransada xəstəxanaya yerləşdirilib.
Bu barədə "Nice Matin" nəşri yazıb.
Məlumata görə, 76 yaşlı ser Elton Con ötən gecə Nitsadakı Mont-Borondakı evində baş vermiş hadisədən sonra Monakoda xəstəxanaya yerləşdirilib.
O, yüngül xəsarət alıb.
Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmağa davam edir.
Con bu günə kimi, musiqidəki uğurlarına görə 5 dəfə Qremmi mükafatına, o cümlədən, "Yaşayan Əfsanə" mükafatına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç Oskarın birini qazanıb. Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton, musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçilib.
Elton Con - Sputnik Azərbaycan, 1920, 24.01.2018
Əfsanə səhnədən getdi...
Xəbər lenti
0