Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yanğınla nəticələnən partlayış olub

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
BAKI, 28 avqust — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Xəbər lenti
0