https://sputnik.az/20230828/azerbaycanda-nikahdankenar-evlilikden-dunyaya-gelen-usaqlarin-sayi-artib-458113066.html
Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı artıb
Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı artıb
Sputnik Azərbaycan
Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib. 28.08.2023, Sputnik Azərbaycan
2023-08-28T20:31+0400
2023-08-28T20:31+0400
2023-08-28T20:31+0400
uşaq
cəmiyyət
prezident ilham əliyev
əhali artımı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460817932_0:4:3072:1732_1920x0_80_0_0_98d0443daea22aae3fd04c2e71301c23.jpg
BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb. Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8032,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10156,4 min nəfərə çatıb. Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib. Həmçinin orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirib. Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatıb. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib. Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. Qeyd edilənlərə əsasən son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460817932_341:0:3072:2048_1920x0_80_0_0_ffd58b982824fe15cdb69c120c8ee9f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, prezident ilham əliyev, əhali artımı
uşaq, prezident ilham əliyev, əhali artımı
Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı artıb
Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8032,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10156,4 min nəfərə çatıb.
Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib. Həmçinin orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirib.
Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatıb. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib.
Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. Qeyd edilənlərə əsasən son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır.