SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Tacikistana başsağlığı verib

© Sputnik / Murad OrujovXİN-nin binası
XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatının yaşanması xəbərinə dərindən kədərləndik.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatının yaşanması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", - başsağlığı mətnində bildirilib.
Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.
"Dünən güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki bölgəsində 2 nəfər həlak olub
Xəbər lenti
0