https://sputnik.az/20230828/azerbaycan-teatrlarinin-nezdinde-teatr-studiyalari-yaradilib-458091832.html
Azərbaycan teatrlarının nəzdində teatr-studiyaları yaradılıb
Azərbaycan teatrlarının nəzdində teatr-studiyaları yaradılıb
Sputnik Azərbaycan
Hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində "Mən aktyoram", Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə "Oyuq" teatr-studiyası fəaliyyət... 28.08.2023, Sputnik Azərbaycan
2023-08-28T11:55+0400
2023-08-28T11:55+0400
2023-08-28T11:42+0400
teatr
mədəniyyət
mədəniyyət nazirliyi
rus dram teatrı
s.vurğun adına azərbaycan dövlət rus dram teatrı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_0:160:3073:1888_1920x0_80_0_0_9220e26d35a22dc4e81e6e4706cbe9eb.jpg
BAKI, 28 avqust — Sputnik. "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Prezidentinin icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində "Mən aktyoram", Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə "Oyuq" teatr-studiyası fəaliyyət göstərir. Xatırladaq ki, bu ilin 11-12 aprel tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb. Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_170:0:2901:2048_1920x0_80_0_0_f28c8381e1b9dbec25688afc305b38ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, mədəniyyət nazirliyi, rus dram teatrı, s.vurğun adına azərbaycan dövlət rus dram teatrı
teatr, mədəniyyət nazirliyi, rus dram teatrı, s.vurğun adına azərbaycan dövlət rus dram teatrı
Azərbaycan teatrlarının nəzdində teatr-studiyaları yaradılıb
Hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində "Mən aktyoram", Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə "Oyuq" teatr-studiyası fəaliyyət göstərir.
BAKI, 28 avqust — Sputnik. "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Prezidentinin icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində "Mən aktyoram", Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə "Oyuq" teatr-studiyası fəaliyyət göstərir.
Xatırladaq ki, bu ilin 11-12 aprel tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb.
Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.