https://sputnik.az/20230828/azerbaycan-bayragini-tehqir-eden-ermeniler-lacinda-saxlanildi-458104492.html
Azərbaycan bayrağını təhqir edən ermənilər Laçında saxlanıldı
Azərbaycan bayrağını təhqir edən ermənilər Laçında saxlanıldı
Sputnik Azərbaycan
Azərbaycan bayrağını təhqir edən erməni gənclər həbsə atılıb
2023-08-28T15:33+0400
2023-08-28T15:33+0400
2023-08-28T15:33+0400
laçın
siyasət
ermənistan
azərbaycan bayrağı
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457799846_0:147:3120:1902_1920x0_80_0_0_a997223a815bba72295753d1ac117fb6.jpg
BAKI, 28 avqust — Sputnik. Azərbaycan bayrağını təhqir edən 3 erməni "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Azərbaycan tərəfi dəfələrlə qanun pozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib. Ehtimala görə, Azərbaycan dövləti növbəti dəfə humanist yanaşma sərgiləyərək, saxlanılan şəxslərin gənc və idmançı olduqlarını nəzərə alaraq onları inzibati qaydada məsuliyyətə cəlb edə bilər. İstənilən halda Azərbaycan bayrağını təhqir edən və azərbaycanlılara qarşı nifrət, düşmənçilik ruhunda olan şəxslərin Azərbaycan ərazisində yaşaması qeyri-mümkündür və onlar mütləq qaydada Ermənistana deportasiya olunmalıdır. (Trend)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457799846_195:0:2926:2048_1920x0_80_0_0_118032366ea450d5f251bb8e954d65e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan bayrağını təhqir edən erməni laçın ermənilər
azərbaycan bayrağını təhqir edən erməni laçın ermənilər
Azərbaycan bayrağını təhqir edən ermənilər Laçında saxlanıldı
Azərbaycan tərəfi dəfələrlə qanunpozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan bayrağını təhqir edən 3 erməni "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.
Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Azərbaycan tərəfi dəfələrlə qanun pozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib. Ehtimala görə, Azərbaycan dövləti növbəti dəfə humanist yanaşma sərgiləyərək, saxlanılan şəxslərin gənc və idmançı olduqlarını nəzərə alaraq onları inzibati qaydada məsuliyyətə cəlb edə bilər.
İstənilən halda Azərbaycan bayrağını təhqir edən və azərbaycanlılara qarşı nifrət, düşmənçilik ruhunda olan şəxslərin Azərbaycan ərazisində yaşaması qeyri-mümkündür və onlar mütləq qaydada Ermənistana deportasiya olunmalıdır. (Trend)