CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb - FAKTİKİ HAVA

© Sputnik / Ilham AhmadovQəbələdə leysanın nəticəsi, arxiv
Qəbələdə leysanın nəticəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava barədə məlumat yayıb.
BAKI, 27 avqust - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0