Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Səfirlik separatçı "Talış-Muğan Respublikası"na qarşı tədbir görülməsini tələb etdi

© Sputnik / Murad OrujovSəfir Polad Bülbüloğlu, arxiv
Səfir Polad Bülbüloğlu, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar məlumat yayıb.
BAKI, 27 avqust - Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan Muxtar Respublikasının yaranmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar olaraq məlumat yayıb. Səfirliyin internet səhifəsində yer alan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsini nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bundan əlavə səfir Polad Bülbül oğlu Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb.
Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər göndərib.

"Rusiya tərəfinin diqqətinə çatdırılıb ki, belə bir təxribat xarakterli tədbirin təşkili və orada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonaq kimi iştirak etmək yolverilməzdir, hakim partiya nümayəndəsinin bu addımı Rusiya separatizmi təbliğ edir".

O da qeyd olnub ki, yuxarıda qeyd olunanlar Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin ruhuna əsaslı şəkildə ziddir, həmçinin ikitərəfli əməkdaşlığa xələl gətirir.

"İqor Volodinə və bu tədbirin təşkilatçılarına qarşı təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu cür təxribat xarakterli addımların qarşısının alınması üçün təxirəsalınmaz tələb irəli sürülüb".

Bildirilib ki, hazırda səfirlik Rusiya tərəfdən rəsmi cavab gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0