https://sputnik.az/20230827/rusiya-federasiyasinin-stintaq-komitesi-priqojinin-olumunu-tesdiqleyib-458078363.html
Rusiya Federasiyasının İstintaq Komitəsi Priqojinin ölümünü təsdiqləyib
Rusiya Federasiyasının İstintaq Komitəsi Priqojinin ölümünü təsdiqləyib
Sputnik Azərbaycan
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, biznes-jet hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında uçuş həyata... 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T16:31+0400
2023-08-27T16:31+0400
2023-08-27T16:31+0400
rusiya
yevgeni priqojin
təyyarə
qəza
uçuş
reys
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457964481_0:62:926:583_1920x0_80_0_0_d52a73b6174a1ae45f9173f251558fe8.jpg
BAKI, 27 avqust - Sputnik. Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olanların hamısının - on nəfərin şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğun gəlir. Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 23-də Moskva-Sankt-Peterburq marşrutu ilə uçan özəl “Embraer Legacy” təyyarəsi Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.İlkin məlumata görə, təyyarədə olan on nəfərin hamısı həlak olub.Federal Hava Nəqliyyatı Agentliyinin təqdim etdiyi sərnişinlərin siyahısına əsasən, sərnişinlər arasında Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin də var. Təyyarə biznes daşımalarında ixtisaslaşan MNT-Aero şirkətinə məxsus olub.Embraer-in qəzaya uğradığı an videoya çəkilib: çəkilişdə tüstülənən təyyarənin sürətlə hündürlüyünü necə itirdiyi görünür.Rusiya İstintaq Komitəsi daha əvvəl Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı iş açıb.Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, istintaq təyyarənin qəzaya uğramasından sonra uçuş registratorlarını ələ keçirib, baş verənlərlə bağlı bütün versiyalar yoxlanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230826/proqojinin-ugradigi-teyyare-qezasi-ile-bagli-cinayet-isi-acilib-457961610.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457964481_34:0:894:645_1920x0_80_0_0_4e7dfcd420e91996a3a8cb75684cfe68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yevgeni priqojin, təyyarə, qəza, uçuş, reys
yevgeni priqojin, təyyarə, qəza, uçuş, reys
Rusiya Federasiyasının İstintaq Komitəsi Priqojinin ölümünü təsdiqləyib
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, biznes-jet hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında uçuş həyata keçirib.
BAKI, 27 avqust - Sputnik. Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olanların hamısının - on nəfərin şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğun gəlir. Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 23-də Moskva-Sankt-Peterburq marşrutu ilə uçan özəl “Embraer Legacy” təyyarəsi Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə olan on nəfərin hamısı həlak olub.
Federal Hava Nəqliyyatı Agentliyinin təqdim etdiyi sərnişinlərin siyahısına əsasən, sərnişinlər arasında Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin də var. Təyyarə biznes daşımalarında ixtisaslaşan MNT-Aero şirkətinə məxsus olub.
“Tver vilayətində baş verən təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik müayinələr başa çatıb. Onların nəticələrinə görə, ölən on nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur", - deyə Rusiya Federasiyası İstintaq Komitəsinin departamentin teleqram kanalındakı məlumatda bildirilir.
Embraer-in qəzaya uğradığı an videoya çəkilib: çəkilişdə tüstülənən təyyarənin sürətlə hündürlüyünü necə itirdiyi görünür.
Rusiya İstintaq Komitəsi daha əvvəl Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı iş açıb.
Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, istintaq təyyarənin qəzaya uğramasından sonra uçuş registratorlarını ələ keçirib, baş verənlərlə bağlı bütün versiyalar yoxlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.