Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vaqner liderinin sərvəti açıqlandı: Rusiyadan Afrikaya qədər uzanan biznes imperiyası

© Sputnik / Елена КопыловаYevgeni Priqojin
Yevgeni Priqojin - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda da avadanlıqların daşınması üzrə biznesi olub.
BAKI, 26 avqust — Sputnik. Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.
“Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir.
Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.
Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan "M Invest" şirkətləri də onun olub.
Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olub. Şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı da onun mülkiyyətidir (Report).
Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.
25.08.23, 23:59
Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün versiyalar diqqətlə yoxlanılır
Rusiya İstintaq Komitəsi (İK) Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“İstintaq baş verənlərlə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq”, - məlumatda deyilir.
Qurumdan qeyd olunub ki, qəza zamanı ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik ekspertizalar aparılır.
“İstintaq uçuş registratorlarını götürüb, hadisə yerinin ətraflı müayinəsi davam edir. Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də götürülür, lazımi məhkəmə-tibbi ekspertiza təyin olunacaq”, - Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən vurğulanıb.
23.08.23, 23:00
Priqojinin uğradığı təyyarə qəzası ilə bağlı cinayət işi açılıb
Rusiya İstintaq Komitəsi Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.
Bu barədə İdarənin Teleqram kanalı xəbər verir.
"Tver vilayətində aviasiya qəzası faktı ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi qaldırıb.", - məlumatda deyilir.
Əlavə edilir ki, hadisə yerinə istintaq-əməliyyat qrupu yola düşüb, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.
İlkin məlumatlara görə, Moskva-Sankt-Peterburq marşrutu ilə uçan təyyarənin göyərtəsində yeddi sərnişin və üç ekipaj üzvü olub.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 24.08.2023
RUSİYA
Putin Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib
Xəbər lenti
0