https://sputnik.az/20230827/ran-abs-den-tezminat-teleb-edib-458067816.html
İran ABŞ-dən təzminat tələb edib
İran ABŞ-dən təzminat tələb edib
Sputnik Azərbaycan
Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T09:53+0400
2023-08-27T09:53+0400
2023-08-27T11:00+0400
dünya xəbərləri
iran
abş
təzminat
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260698_0:0:3072:1728_1920x0_80_0_0_def2327c6f5e01ccd86c8ab191fed027.jpg
BAKI, 27 avqust - Sputnik. Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.Bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260698_176:0:2907:2048_1920x0_80_0_0_25fbbb892c626ac61925cd9c16e22d9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, abş, təzminat
İran ABŞ-dən təzminat tələb edib
09:53 27.08.2023 (Yenilənib: 11:00 27.08.2023) Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib.
BAKI, 27 avqust - Sputnik. Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.
Bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.
Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.
Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib (Report).