Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Moldova Prezidentini təbrik edib

© Official website of President of Azerbaijan RepublicKişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü, arxiv
Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Dövlətimizin başçısı xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
BAKI, 27 avqust - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb. Bu barədə Azərtac məlumat yayıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır.
Kişineuda təşkil olunan “Avropa Siyasi Birliyi”nin ikinci Zirvə Toplantısında iştirak etmək məqsədilə Moldovaya səfərim çərçivəsində Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması naminə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0