Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbli formasından imtina edilə bilərmi? VİDEO

© Sputnik / Zulfiyya GuluyevaMəktəbli forması, arxiv
Məktəbli forması, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Təhsil üzrə ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli forması təhsil sistemində heç bir rol oynamır. Bu forma sadəcə olaraq uşaqların psixologiyasında rol oynayır.
BAKI, 27 avqust — Sputnik. "Məktəbli formalarından imtina edə bilmərik. Yeni qərara əsasən, ötən illərdə istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilərdi. 2023-2024-cü tədris ilindən bütün məktəblərdə yeni geyim formaları tətbiq edilməlidir".
Bu barədə Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Formanın əhəmiyyəti haqda isə nazirlikdən bildirilib ki, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilib.
Ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi təhsilalanlar arasında sosial bərabərsizliyin neytrallaşdırılmasına xidmət edir, digər tərəfdən məktəbli geyimlərinin xüsusi dizaynı təhsilalanların rahat öyrənməsini, çevikliyini və hərəkətliliyini təmin edir.
Təhsil üzrə ekspert Elçin Murad Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli forması təhsil sistemində heç bir rol oynamır. Bu forma sadəcə olaraq uşaqların psixologiyasında rol oynayır.

"Çünki varlı, orta və yoxsul təbəqənin ailələri övladlarını eyni səviyyədə geyindirə bilmədiyi üçün bu kimi hallar uşaqlar arasında ayrıseçkiliyə, qısqanclığa səbəb olur. Məktəbli forması yalnız bu nöqteyi-nəzərdən önəm daşıyır. Azərbaycan təhsilində məktəbli forması xüsusilə də qız uşaqları üçün məktəbli geyimi qəbul edilməz formadadır. Qız uşaqlarının məktəbdə mini ətək geymələri təhsilə mənfi təsir edir. Düşünürəm ki, bununla bağlı bir ölçü götürlüməlidir".

© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycanda məktəbli forması neçəyə başa gəlir
İnfoqrafika: Azərbaycanda məktəbli forması neçəyə başa gəlir - Sputnik Azərbaycan, 1920, 27.08.2023
İnfoqrafika: Azərbaycanda məktəbli forması neçəyə başa gəlir
Təhsil üzrə ekspert Elşən Qafarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formaları əksər ölkələrdə var:
"Məktəbli formasının olması bizim kimi, yəni inkişaf etməkdə olan ölkələr üçün çox vacibdir. Hətta bir çox ölkələrdə məktəbli formalarında milli elementlər də var".

"Məktəbli formalarının olması sosial bərabərlik üçün lazım olan əsas şərtlərdən biridir", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün dünyanın bəzi ölkələri - xüsusən də İsveçrə və Finlandiya məktəbli formalarından imtina edib. Yeni tədris ilinin yaxınlaşması isə valideynlər arasında yenidən məktəbli formasının əhəmiyyətsiz olması ilə bağlı müzakirələrin açılmasına səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0