SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev ermənipərəst siyasətçilərin fəaliyyətinin araşdırılmasına çağırış etdi

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi bidlirib ki, ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır.
BAKI, 27 avqust - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev eksdə ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha geniş araşdırılmasına dair çağırış edib.
Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub:
“Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0