https://sputnik.az/20230827/gunes-isiginin-texminen-ucde-birini-elektrik-enerjisine-cevire-bilen-batareyalar-yaradildi-458063791.html
Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilən batareyalar yaradıldı
Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilən batareyalar yaradıldı
Sputnik Azərbaycan
Alimlər uzun müddət istifadə olunan tandem Günəş batareyasının sirlərini açıblar. 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T08:44+0400
2023-08-27T08:44+0400
2023-08-27T10:59+0400
elm
günəş
enerji
bərpaolunan enerji
alternativ enerji mənbələri
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453253885_0:21:3161:1799_1920x0_80_0_0_65089e783d509e86ad108b8088d726f4.jpg
BAKI, 27 avqust - Sputnik. Silikon bazadan və perovskit üst qatdan ibarət ən qabaqcıl tandem batareyaları aldıqları Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilir. Bu tip batareyalar xüsusən çox ucuz texnologiya üçün olduqca dəyərlidir.Azərtac “SciTechDaily” saytına istinadla xəbər verir ki, Berlində yerləşən Helmholtz Zentrum Araşdırma Mərkəzinin tədqiqatçıları bu günlərdə tandem tipli batereyaların işləmə prinsiplərini izah edən elmi məqalə ilə çıxış ediblər.İlk dəfə 2022-ci ildə “Science” jurnalında ətraflı təqdimatı keçirilən tandem batareyaları həmin il enerji qənaəti üzrə dünya rekordu qırmışdı. Yeni dünya rekordu isə 2023-cü ilin aprel ayında Səudiyyə Ərəbistanındakı Kaust Tədqiqat Mərkəzində tandem batareyaları üzərində təkmilləşdirmə işləri aparılarkən qeydə alınıb. Yeni dəyişikliklər tandem batareyalarını əvvəlkinə nisbətən iki dəfə daha səmərəli hala gətirib.Tədqiqatın aparıcı professorlarından Silvia Mariotti və Eike Köhnen qeyd edir ki, hazırda bu batareyaların təkmilləşdirilməsi üzərində bir çox qruplar çalışır. Berlində isə tədqiqat işləri təkmilləşdirmədən daha çox bu mexanizmin tam izahına ayrılır, bunun ən başlıca səbəbi tandem batareyalarının qənaət rejiminin digər cihazlara ötürülə bilməsi ehtimalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453253885_180:0:2911:2048_1920x0_80_0_0_9f71408844f302115dd6d8d974de2283.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş, enerji, bərpaolunan enerji, alternativ enerji mənbələri
günəş, enerji, bərpaolunan enerji, alternativ enerji mənbələri
Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilən batareyalar yaradıldı
08:44 27.08.2023 (Yenilənib: 10:59 27.08.2023) Alimlər uzun müddət istifadə olunan tandem Günəş batareyasının sirlərini açıblar.
BAKI, 27 avqust - Sputnik. Silikon bazadan və perovskit üst qatdan ibarət ən qabaqcıl tandem batareyaları aldıqları Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilir. Bu tip batareyalar xüsusən çox ucuz texnologiya üçün olduqca dəyərlidir.
Azərtac “SciTechDaily” saytına istinadla xəbər verir ki, Berlində yerləşən Helmholtz Zentrum Araşdırma Mərkəzinin tədqiqatçıları bu günlərdə tandem tipli batereyaların işləmə prinsiplərini izah edən elmi məqalə ilə çıxış ediblər.
İlk dəfə 2022-ci ildə “Science” jurnalında ətraflı təqdimatı keçirilən tandem batareyaları həmin il enerji qənaəti üzrə dünya rekordu qırmışdı. Yeni dünya rekordu isə 2023-cü ilin aprel ayında Səudiyyə Ərəbistanındakı Kaust Tədqiqat Mərkəzində tandem batareyaları üzərində təkmilləşdirmə işləri aparılarkən qeydə alınıb. Yeni dəyişikliklər tandem batareyalarını əvvəlkinə nisbətən iki dəfə daha səmərəli hala gətirib.
Tədqiqatın aparıcı professorlarından Silvia Mariotti və Eike Köhnen qeyd edir ki, hazırda bu batareyaların təkmilləşdirilməsi üzərində bir çox qruplar çalışır. Berlində isə tədqiqat işləri təkmilləşdirmədən daha çox bu mexanizmin tam izahına ayrılır, bunun ən başlıca səbəbi tandem batareyalarının qənaət rejiminin digər cihazlara ötürülə bilməsi ehtimalıdır.