DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin-Afrika Sülh və Təhlükəsizlik Forumu keçiriləcək

© AP Photo / Ng Han GuanÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Forumda 50-yə yaxın Afrika dövlətinin müdafiə idarələrinin və silahlı qüvvələrinin rəhbərləri, Afrika Sülh və Təhlükəsizlik İttifaqının nümayəndələri, Afrika ölkələrinin Çindəki hərbi attaşeləri iştirak edəcəklər.
BAKI, 27 avqust - Sputnik. Çin avqustun 28-dən sentyabrın 2-dək üçüncü Çin-Afrika Sülh və Təhlükəsizlik Forumu keçirəcək. Bunu Çinin müdafiə nazirliyi bildirib.

"Çinin Müdafiə Nazirliyi avqustun 28-dən sentyabrın 2-dək Çində üçüncü Çin-Afrika Sülh və Təhlükəsizlik Forumuna ev sahibliyi edəcək. Çin Dövlət Şurasının üzvü və müdafiə naziri Li Şanfu forumun plenar iclasında iştirak edəcək", - nazirlikdən bildirilib.

Bildirilir ki, forumda 50-yə yaxın Afrika dövlətinin müdafiə idarələrinin və silahlı qüvvələrinin rəhbərləri, Afrika Sülh və Təhlükəsizlik İttifaqının nümayəndələri, Afrika ölkələrinin Çindəki hərbi attaşeləri iştirak edəcəklər.
Forumun mövzusu qlobal təhlükəsizlik təşəbbüsünün həyata keçirilməsi, Çin-Afrika həmrəyliyinin və əməkdaşlığının gücləndirilməsi olacaq.

"Forum Çin və Afrika müdafiə nazirlikləri arasında strateji qarşılıqlı əlaqəni daha da gücləndirməyə yönəlib, ortaq taleyi olan bu Çin-Afrika birliyinin qurulmasında müsbət rol oynayır", - nazirlikdən bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
BRİKS sammiti - Sputnik Azərbaycan, 1920, 26.08.2023
TƏHLİL
Köhnə dünyanın faciəsi: BRİKS ikiqat genişlənir
Xəbər lenti
0