DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ dəniz piyadalarına məxsus helikopter Avstraliya sahillərində qəzaya uğrayıb

© Photo : 1st Armored Divisio / Master Sgt. Alejandro LiceaABŞ hərbçiləri, arxiv
ABŞ hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Avstraliya Müdafiə Nazirliyinin nümayəndələri hava gəmisinin qəzaya uğramasında hərbçilərin heç bir rolunun olmadığını bildiriblər.
BAKI, 27 avqust - Sputnik. Təxminən 20 ABŞ dəniz piyadasını daşıyan V-22 Osprey hərbi helikopteri Avstraliya sahillərində təlim zamanı qəzaya uğrayıb. Bu barədə Sky News Australiya mənbələrə istinadən xəbər verir.

“Yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 5:00) Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan personalın iştirak etdiyi “Predators Run” təlimi zamanı Melvil adası yaxınlığında Osprey helikopteri qəzaya uğrayıb”, - deyə Telekanalın məlumatında bildirilir.

Qeyd olunur ki, helikopterdə təxminən 20 ABŞ dəniz piyadası olub.
Öz növbəsində, ABC News kanalı qəzadan sonra bütün hərbi qulluqçuların xilas edildiyini bildirir.
Kanalın məlumatına görə, Avstraliyanın Şimal Ərazisinin təcili tibbi yardım xidməti “Boeing V-22 Osprey” helikopterinin qəzaya uğraması nəticəsində xəsarət almış üç nəfəri Darvin xəstəxanasına çatdırıb.
Xəstəxanaya yerləşdirilənlərdən birinin vəziyyəti ağır olaraq qalır, digər ikisinin vəziyyəti stabildir. Ölənlər barədə məlumat verilməyib.
Avstraliya Müdafiə Nazirliyinin rəsmiləri hərbçilərin insidentdə “əli olmadığını” bildiriblər.
İyulun sonunda Avstraliyanın şimal-şərqində ABŞ və Avstraliyanın birgə hərbi təlimi “Talisman Saber” zamanı MRH-90 Taipan helikopterinin qəzaya uğraması nəticəsində dörd avstraliyalı əsgər həlak olub.
Müdafiə naziri Riçard Marles helikopterin təlim uçuşu yerinə yetirdiyini bildirib. Axtarış-xilasetmə əməliyyatı təşkil edilib, təlim dayandırılıb. Dördünün də Sidneydə yerləşən 6-cı Aviasiya Alayının üzvləri olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0