https://sputnik.az/20230827/a-misir-azad-ticaret-zonasinin-ustunlukleri---baki-bu-tesebbusden-ne-elde-edecek-458081026.html
Aİİ-Misir azad ticarət zonasının üstünlükləri - Bakı bu təşəbbüsdən nə əldə edəcək
Aİİ-Misir azad ticarət zonasının üstünlükləri - Bakı bu təşəbbüsdən nə əldə edəcək
Sputnik Azərbaycan
Aİİ bir sıra ölkələrlə azad ticarət zonalarının yaradılması ilə bağlı danışıqlar prosesindədir və onların bəziləri ilə proses sürətlənməkdədir. Azərbaycan bu... 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T18:43+0400
2023-08-27T18:43+0400
2023-08-27T18:56+0400
iqtisadiyyat
azad
ticarət
zona
avrasiya iqtisadi ittifaqı
azərbaycan
bakı
rusiya
afrika
birləşmiş ərəb əmirlikləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_0:160:3072:1888_1920x0_80_0_0_b9fc6ed7315a621a470ba3184fbfd45f.jpg
BAKI, 27 avqust - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə təşkilatdan kənar ticarət tərəfdaşları arasında əməkdaşlıq sürətlə inkişaf edir və burada azad ticarət zonalarının (ATZ) yaradılması əsas məsələdir. Xatırladaq ki, Aİİ bir sıra ölkələrlə ATZ yaradılması üzrə danışıqlar mərhələsindədir və onların bəziləri ilə proses sürətlənməkdədir. Belə ki, Misirin Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Aİİ və Qahirə arasında ATZ-nin yaradılmasına dair saziş layihələrinin razılaşdırılması yekun mərhələdədir və zonanın özü 2025-ci ilin sonuna kimi yaradılacaq. Göstərilən tarixə qədər İranla ATZ-nin yaradılması üzrə işlərin də başa çatdırılması gözlənilir. ATZ-lar hansı ölkələrlə yaradılacaq? Bu günə qədər Aİİ-nin Vyetnam, Serbiya və Sinqapurla azad ticarət zonaları artıq fəaliyyət göstərir. Misir və İranla yanaşı, Monqolustan və Tailand ilə də ATZ yaradılması üzrə danışıqlar aparılır və nisbətən yaxınlarda belə zonaların yaradılmasına namizədlər siyahısına İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan da qoşulub. Eyni zamanda ekspertlər hesab edirlər ki, Aİİ ölkələrinin BƏƏ və Hindistanla iqtisadi qarşılıqlı fəaliyyətinin güclənməsini nəzərə alaraq, bu ölkələrlə ATZ- nın yaradılması sürətləndiriləcək. Onu da qeyd etmək yerinə düşər ki, 2018-ci ildə Aİİ ilə ittifaqın ən böyük ticarət tərəfdaşı olan Çin arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da gələcəkdə bu ölkə ilə ATZ-nın yaradılmasına gətirib çıxara bilər. Azad Ticarət Zonasının genişləndirilməsindən Aİİ ölkələri nə qazanacaq? Azad ticarət zonası bu gün idxal-ixrac əməliyyatlarında gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin ləğvini nəzərdə tutduğundan ölkələr arasında ticarət əməkdaşlığının inkişafı üçün ən səmərəli vasitədir. Bundan əlavə, azad ticarət zonaları daxilində müəyyən malların tədarükünə kəmiyyət məhdudiyyətləri qoyulmur və rüsumsuz ticarətin əhatə etdiyi məhsulların siyahısı güzəştli ticarət müqaviləsi ilə müqayisədə xeyli genişdir. Eyni zamanda, ATZ yaradan zaman iştirakçı ölkələr üçüncü tərəflərlə ticarət-iqtisadi əlaqələr qurmaq hüququnu özündə saxlayır. Əslində, ATZ-nın yaradılması iştirakçı tərəflər arasında vahid bazarın formalaşması deməkdir ki, bu bazarda bəzi hallarda vahid daşıma tarifləri, ölkələrin logistik mərkəzlərindən istifadə zamanı güzəştlər, habelə asanlaşdırılmış gömrük nəzarəti prosedurları mövcuddur. Bu cür üstünlüklər ATZ-da iştirak edən ölkələr arasında mal axınını sürətləndirməyə, maya dəyərini azaltmağa və asanlaşdırmağa imkan verir. Misir və BƏƏ Aİİ üçün niyə vacibdir? Misir və Birləşmiş Ərəb Əmirlikləri ATZ yaradılması məsələsinin işləndiyi ölkələr arasında xüsusi yer tutur. Beləliklə, Qahirə Aİİ üçün Afrikaya açılan pəncərəyə çevrilə bilər, Əbu-Dabi isə son vaxtlar demək olar ki, bütün Aİİ ölkələrinin iqtisadiyyatında fəal oyunçuya çevrilmiş Fars körfəzinin ərəb ölkələri ilə iqtisadi qarşılıqlı əlaqə mərkəzinə çevrilə bilər. Beləliklə, Rusiya Federasiyası Misirdə Süveyş kanalı ərazisində Rusiya sənaye zonası yaratmağı planlaşdırır. Bu ilin sonunadək istehsal müəssisələrinin tikintisinə başlanılacağı, məhsulların Afrika ölkələrinin bazarlarına çıxarılacağı gözlənilir. Bundan başqa, Misir regionda taxıl qovşağına çevrilmək niyyətini açıqlayıb və bu təşəbbüs Rusiya tərəfindən fəal şəkildə dəstəklənir. Misir hakimiyyəti öz limanlarından birində ərəb və Afrika ölkələrinə taxılın saxlanması və satışı üçün regionda ən böyük qovşağı yaratmağı planlaşdırır. Bunun üçün ölkə hakimiyyəti hətta lazımi infrastrukturu, o cümlədən 5,5 milyon tona qədər taxıl saxlaya bilən anbarları hazırlayıb. Misirdə taxıl qovşağının yaradılmasına ölkənin ərəb və Afrika ölkələri - Ərəb Azad Ticarət Zonası və Afrika Azad Ticarət Zonası ilə azad ticarət müqavilələri də kömək edir. Qovşaq yaradarkən Qahirə Moskvanın dəstəyinə ümid edir. Ölkənin hakimiyyət orqanları bildirirlər ki, Rusiya Federasiyası Süveyş kanalının iqtisadi zonasında qlobal logistik paylama mərkəzi yaratsa, Misir Rusiya buğdasının alışını və onun qonşu ölkələrə təkrar ixracını artıracaq. Qeyd edək ki, Misirdəki taxıl qovşağına Aİİ-nin digər ölkələrindən, xüsusən Qazaxıstandan taxıl da tədarük edilə bilər. Bu halda Misirlə Aİİ arasında sərbəst ticarət müqaviləsinin yaradılmasının üstünlüyünü qiymətləndirməmək olmaz. Misirlə yanaşı, BƏƏ Aİİ ölkələrinin daha bir mühüm ticarət tərəfdaşı ola bilər. Belə ki, Fars körfəzinin bu ölkəsinin şirkətləri Aİİ-nin bir sıra ölkələrində nəqliyyat, logistika və enerji layihələrinə fəal şəkildə sərmayə qoyur və birlik ilə BƏƏ arasında ticarət hər il artır. Bundan əlavə, BƏƏ bu gün bir növ ticarət, logistika və investisiyalar üçün regional mərkəzdir, ona görə də Aİİ ilə ATZ-nın yaradılması ittifaq ölkələrinə BƏƏ-nin azad iqtisadi zonalarına, liman və sənaye infrastrukturuna daxil olmağa imkan verəcək. Bundan əlavə, BƏƏ-də mövcud olan vergi güzəştlərini nəzərə alaraq, Aİİ ölkələri öz bazarlarına daha rəqabətli qiymətlərlə mal idxal edə bilər. Nəqliyyat layihələri Azad Ticarət Zonasının mühüm həlqəsi kimi Azad ticarət zonalarının mühüm tərkib hissəsi, əlbəttə ki, yaxşı qurulmuş nəqliyyat-logistika infrastrukturu və ideal halda, fasiləsiz nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsidir. Məhz buna görə də ATZ-nın yaradılması üzrə tərəfdaşlarla aparılan danışıqlara paralel olaraq, Aİİ ölkələri də malların fasiləsiz tədarükünü daha da təmin edəcək nəqliyyat marşrutları yaradırlar. Beləliklə, Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin İran ərazisində çatışmayan hissəsinə - Rəşt-Astara-ya sərmayə qoyur və dəhlizin Azərbaycandan da keçən qərb marşrutunun həyata keçirilməsi çərçivəsində inşa edir. "Şimal-Cənub" ND Belarus, Rusiya, Qazaxıstan bazarlarını İran, Hindistan və Fars körfəzinin ərəb ölkələrinin bazarları ilə birləşdirəcək və Aİİ ölkələri ilə ATZ yaradıldıqdan sonra bu marşrutun önəminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Qazaxıstan da öz növbəsində “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Transxəzər marşrutunu inkişaf etdirir ki, bu da Aİİ ölkələri və Çindəki tərəfdaşlar arasında ticarət əlaqələrinin inkişafında mühüm həlqə olacaq. Regionun bu iki əsas nəqliyyat dəhlizinin - "Şimal-Cənub" və Transxəzər marşrutunun qarşılıqlı inteqrasiyası təkcə Aİİ və ATZ iştirakçıları arasında malların sərbəst hərəkəti üçün şərait yaratmayacaq, həm də bu marşrutlara daha çox yük cəlb etməyə imkan verəcək. Azərbaycan mühüm təşəbbüsün bir hissəsi ola bilər Azərbaycan Aİİ-nin üzvü deyil, lakin ittifaqın hər bir ayrı ölkəsi ilə (Ermənistan istisna olmaqla) ticarət-iqtisadi əlaqələrini fəal şəkildə inkişaf etdirir. Eyni zamanda, Azərbaycan yuxarıda qeyd olunan nəqliyyat və logistika layihələrinin fəal iştirakçısıdır və Aİİ-dən olan tərəfdaşlarla birlikdə regionun tranzit potensialını inkişaf etdirir. Bundan əlavə, qeyri-neft istehsalının inkişafı və iqtisadiyyatın karbohidrogenlərin ixracından asılılığının azaldılması məqsədilə Azərbaycan region ölkələri, xüsusilə Aİİ üzvləri ilə ticarət əlaqələrinin inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Beləliklə, Aİİ-nin iki ölkəsi - Rusiya və Qazaxıstan ənənəvi olaraq Azərbaycanın qeyri-neft məhsullarının ilk 5 idxalçısına daxil edildir. Eyni zamanda, Bakı öz qeyri-neft məhsullarının tədarükünün coğrafiyasını və həcmini genişləndirmək planlarını həyata keçirir və bu halda azad ticarət zonaları və ya hər hansı digər regional ticarət assosiasiyası ilə əməkdaşlıq ölkənin qeyri-neft iqtisadiyyatının artımı üçün əlavə təkan ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_171:0:2902:2048_1920x0_80_0_0_18144e78482c61403902db5b5bf91611.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azad, ticarət, zona, avrasiya iqtisadi ittifaqı, azərbaycan, bakı, rusiya, afrika, birləşmiş ərəb əmirlikləri, misir
azad, ticarət, zona, avrasiya iqtisadi ittifaqı, azərbaycan, bakı, rusiya, afrika, birləşmiş ərəb əmirlikləri, misir
Aİİ-Misir azad ticarət zonasının üstünlükləri - Bakı bu təşəbbüsdən nə əldə edəcək
18:43 27.08.2023 (Yenilənib: 18:56 27.08.2023) Aİİ bir sıra ölkələrlə azad ticarət zonalarının yaradılması ilə bağlı danışıqlar prosesindədir və onların bəziləri ilə proses sürətlənməkdədir. Azərbaycan bu təşəbbüsdən necə yararlana bilər?
BAKI, 27 avqust - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə təşkilatdan kənar ticarət tərəfdaşları arasında əməkdaşlıq sürətlə inkişaf edir və burada azad ticarət zonalarının (ATZ) yaradılması əsas məsələdir.
Xatırladaq ki, Aİİ bir sıra ölkələrlə ATZ yaradılması üzrə danışıqlar mərhələsindədir və onların bəziləri ilə proses sürətlənməkdədir. Belə ki, Misirin Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Aİİ və Qahirə arasında ATZ-nin yaradılmasına dair saziş layihələrinin razılaşdırılması yekun mərhələdədir və zonanın özü 2025-ci ilin sonuna kimi yaradılacaq. Göstərilən tarixə qədər İranla ATZ-nin yaradılması üzrə işlərin də başa çatdırılması gözlənilir.
ATZ-lar hansı ölkələrlə yaradılacaq?
Bu günə qədər Aİİ-nin Vyetnam, Serbiya və Sinqapurla azad ticarət zonaları artıq fəaliyyət göstərir.
Misir və İranla yanaşı, Monqolustan və Tailand ilə də ATZ yaradılması üzrə danışıqlar aparılır və nisbətən yaxınlarda belə zonaların yaradılmasına namizədlər siyahısına İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan da qoşulub. Eyni zamanda ekspertlər hesab edirlər ki, Aİİ ölkələrinin BƏƏ və Hindistanla iqtisadi qarşılıqlı fəaliyyətinin güclənməsini nəzərə alaraq, bu ölkələrlə ATZ- nın yaradılması sürətləndiriləcək.
Onu da qeyd etmək yerinə düşər ki, 2018-ci ildə Aİİ ilə ittifaqın ən böyük ticarət tərəfdaşı olan Çin arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da gələcəkdə bu ölkə ilə ATZ-nın yaradılmasına gətirib çıxara bilər.
Azad Ticarət Zonasının genişləndirilməsindən Aİİ ölkələri nə qazanacaq?
Azad ticarət zonası bu gün idxal-ixrac əməliyyatlarında gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin ləğvini nəzərdə tutduğundan ölkələr arasında ticarət əməkdaşlığının inkişafı üçün ən səmərəli vasitədir.
Bundan əlavə, azad ticarət zonaları daxilində müəyyən malların tədarükünə kəmiyyət məhdudiyyətləri qoyulmur və rüsumsuz ticarətin əhatə etdiyi məhsulların siyahısı güzəştli ticarət müqaviləsi ilə müqayisədə xeyli genişdir.
Eyni zamanda, ATZ yaradan zaman iştirakçı ölkələr üçüncü tərəflərlə ticarət-iqtisadi əlaqələr qurmaq hüququnu özündə saxlayır.
Əslində, ATZ-nın yaradılması iştirakçı tərəflər arasında vahid bazarın formalaşması deməkdir ki, bu bazarda bəzi hallarda vahid daşıma tarifləri, ölkələrin logistik mərkəzlərindən istifadə zamanı güzəştlər, habelə asanlaşdırılmış gömrük nəzarəti prosedurları mövcuddur. Bu cür üstünlüklər ATZ-da iştirak edən ölkələr arasında mal axınını sürətləndirməyə, maya dəyərini azaltmağa və asanlaşdırmağa imkan verir.
Misir və BƏƏ Aİİ üçün niyə vacibdir?
Misir və Birləşmiş Ərəb Əmirlikləri ATZ yaradılması məsələsinin işləndiyi ölkələr arasında xüsusi yer tutur. Beləliklə, Qahirə Aİİ üçün Afrikaya açılan pəncərəyə çevrilə bilər, Əbu-Dabi isə son vaxtlar demək olar ki, bütün Aİİ ölkələrinin iqtisadiyyatında fəal oyunçuya çevrilmiş Fars körfəzinin ərəb ölkələri ilə iqtisadi qarşılıqlı əlaqə mərkəzinə çevrilə bilər.
Beləliklə, Rusiya Federasiyası Misirdə Süveyş kanalı ərazisində Rusiya sənaye zonası yaratmağı planlaşdırır. Bu ilin sonunadək istehsal müəssisələrinin tikintisinə başlanılacağı, məhsulların Afrika ölkələrinin bazarlarına çıxarılacağı gözlənilir.
Bundan başqa, Misir regionda taxıl qovşağına çevrilmək niyyətini açıqlayıb və bu təşəbbüs Rusiya tərəfindən fəal şəkildə dəstəklənir. Misir hakimiyyəti öz limanlarından birində ərəb və Afrika ölkələrinə taxılın saxlanması və satışı üçün regionda ən böyük qovşağı yaratmağı planlaşdırır. Bunun üçün ölkə hakimiyyəti hətta lazımi infrastrukturu, o cümlədən 5,5 milyon tona qədər taxıl saxlaya bilən anbarları hazırlayıb.
Misirdə taxıl qovşağının yaradılmasına ölkənin ərəb və Afrika ölkələri - Ərəb Azad Ticarət Zonası və Afrika Azad Ticarət Zonası ilə azad ticarət müqavilələri də kömək edir.
Qovşaq yaradarkən Qahirə Moskvanın dəstəyinə ümid edir. Ölkənin hakimiyyət orqanları bildirirlər ki, Rusiya Federasiyası Süveyş kanalının iqtisadi zonasında qlobal logistik paylama mərkəzi yaratsa, Misir Rusiya buğdasının alışını və onun qonşu ölkələrə təkrar ixracını artıracaq. Qeyd edək ki, Misirdəki taxıl qovşağına Aİİ-nin digər ölkələrindən, xüsusən Qazaxıstandan taxıl da tədarük edilə bilər. Bu halda Misirlə Aİİ arasında sərbəst ticarət müqaviləsinin yaradılmasının üstünlüyünü qiymətləndirməmək olmaz.
Misirlə yanaşı, BƏƏ Aİİ ölkələrinin daha bir mühüm ticarət tərəfdaşı ola bilər. Belə ki, Fars körfəzinin bu ölkəsinin şirkətləri Aİİ-nin bir sıra ölkələrində nəqliyyat, logistika və enerji layihələrinə fəal şəkildə sərmayə qoyur və birlik ilə BƏƏ arasında ticarət hər il artır. Bundan əlavə, BƏƏ bu gün bir növ ticarət, logistika və investisiyalar üçün regional mərkəzdir, ona görə də Aİİ ilə ATZ-nın yaradılması ittifaq ölkələrinə BƏƏ-nin azad iqtisadi zonalarına, liman və sənaye infrastrukturuna daxil olmağa imkan verəcək.
Bundan əlavə, BƏƏ-də mövcud olan vergi güzəştlərini nəzərə alaraq, Aİİ ölkələri öz bazarlarına daha rəqabətli qiymətlərlə mal idxal edə bilər.
Nəqliyyat layihələri Azad Ticarət Zonasının mühüm həlqəsi kimi
Azad ticarət zonalarının mühüm tərkib hissəsi, əlbəttə ki, yaxşı qurulmuş nəqliyyat-logistika infrastrukturu və ideal halda, fasiləsiz nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsidir. Məhz buna görə də ATZ-nın yaradılması üzrə tərəfdaşlarla aparılan danışıqlara paralel olaraq, Aİİ ölkələri də malların fasiləsiz tədarükünü daha da təmin edəcək nəqliyyat marşrutları yaradırlar.
Beləliklə, Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin İran ərazisində çatışmayan hissəsinə - Rəşt-Astara-ya sərmayə qoyur və dəhlizin Azərbaycandan da keçən qərb marşrutunun həyata keçirilməsi çərçivəsində inşa edir.
"Şimal-Cənub" ND Belarus, Rusiya, Qazaxıstan bazarlarını İran, Hindistan və Fars körfəzinin ərəb ölkələrinin bazarları ilə birləşdirəcək və Aİİ ölkələri ilə ATZ yaradıldıqdan sonra bu marşrutun önəminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Qazaxıstan da öz növbəsində “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Transxəzər marşrutunu inkişaf etdirir ki, bu da Aİİ ölkələri və Çindəki tərəfdaşlar arasında ticarət əlaqələrinin inkişafında mühüm həlqə olacaq.
Regionun bu iki əsas nəqliyyat dəhlizinin - "Şimal-Cənub" və Transxəzər marşrutunun qarşılıqlı inteqrasiyası təkcə Aİİ və ATZ iştirakçıları arasında malların sərbəst hərəkəti üçün şərait yaratmayacaq, həm də bu marşrutlara daha çox yük cəlb etməyə imkan verəcək.
Azərbaycan mühüm təşəbbüsün bir hissəsi ola bilər
Azərbaycan Aİİ-nin üzvü deyil, lakin ittifaqın hər bir ayrı ölkəsi ilə (Ermənistan istisna olmaqla) ticarət-iqtisadi əlaqələrini fəal şəkildə inkişaf etdirir.
Eyni zamanda, Azərbaycan yuxarıda qeyd olunan nəqliyyat və logistika layihələrinin fəal iştirakçısıdır və Aİİ-dən olan tərəfdaşlarla birlikdə regionun tranzit potensialını inkişaf etdirir.
Bundan əlavə, qeyri-neft istehsalının inkişafı və iqtisadiyyatın karbohidrogenlərin ixracından asılılığının azaldılması məqsədilə Azərbaycan region ölkələri, xüsusilə Aİİ üzvləri ilə ticarət əlaqələrinin inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Beləliklə, Aİİ-nin iki ölkəsi - Rusiya və Qazaxıstan ənənəvi olaraq Azərbaycanın qeyri-neft məhsullarının ilk 5 idxalçısına daxil edildir.
Eyni zamanda, Bakı öz qeyri-neft məhsullarının tədarükünün coğrafiyasını və həcmini genişləndirmək planlarını həyata keçirir və bu halda azad ticarət zonaları və ya hər hansı digər regional ticarət assosiasiyası ilə əməkdaşlıq ölkənin qeyri-neft iqtisadiyyatının artımı üçün əlavə təkan ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.