https://sputnik.az/20230824/rusiyada-icinde-priqojinin-de-oldugu-teyyare-qezaya-ugrayib-10-nefer-olub--457957687.html
Putin Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib
Putin Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib
Sputnik Azərbaycan
Priqojinin təyyarəsi Rusiya səmasında vuruldu, 10 nəfər öldü
2023-08-24T21:40+0400
2023-08-24T21:40+0400
2023-08-24T22:59+0400
rusiya
hadisə
yevgeni priqojin
"vaqner" qruplaşması
https://cdnn1.img.sputnik.az/img/07e7/06/18/456230898_0:0:2805:1578_1920x0_80_0_0_ca3dbb1ecc17fb5b960222d90af8f510.jpg
BAKI, 24 avqust - Sputnik. Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar.Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.“Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq” - Rusiya prezidenti deyib.20:47Putin Priqojinin təyyarəsində qəzaya uğrayaraq ölənlərin ailələrinə başsağlığı veribRusiya Prezidenti Vladimir Putin “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.İlkin məlumatlar təyyarədə “Vaqner” şirkətinin əməkdaşlarının olduğunu göstərir.“Aviaqəzaya gəlincə, ilk növbədə bütün ölənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, həmişə faciədir. Orada həqiqətən “Vaqner”çilər olubsa - ilkin məlumatlar göstərir ki, orada şirkətin əməkdaşları olub - qeyd etmək istərdim ki, onlar bizim ümumi işimizə töhfə vermiş insanlardır”, - V.Putin bildirib.23.08.23, 22:31Rusiyada içində Priqojinin də olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb - VİDEOBu gün həqiqətən Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin bütün komandirləri ilə Afrikadan Rusiyaya uçub.Bu barədə “BBC News”un rusiyalı xüsusi müxbiri Andrey Zaxarov məlumat verib.Jurnalist bildirib ki, Priqojin bu gün Afrikadan Rusiyaya uçub, onunla birlikdə “Vaqner”in bütün komanda heyəti də olub:“O, başqa təyyarədə olsa, möcüzə olar”.Qeyd edək ki, bu gün Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkin də olub.***Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkin olub.Bu barədə “Meduza” agentliyi xəbər verir.Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “sağ əli” olub.***Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tver vilayətində göyərtəsində on nəfərin olduğu özəl “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb."Hava gəmisinin göyərtəsində on nəfər olub, onlardan üçü ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub", - Nazirlikdən bildirilib.Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu dəqiqləşdirilir. Təyyarənin Kujenkino kəndi yaxınlığına düşdüyü bildirilir. Hazırda xilasedicilər axtarış aparır.Öz növbəsində Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, sərnişinlərin siyahısında Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojinin də adı-soyadı var. Agentlik qəza ilə bağlı araşdırmaya başladıqlarını da vurğulayıb.21:08Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb."Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - məlumatda vurğulanıb.Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfərin hamısı ölüb.Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.21:00Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.Bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/18/456230898_0:0:2729:2047_1920x0_80_0_0_78572a4e574ecf5d7a293bf254102e31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
priqojin təyyarə qəza rusiya səmasında vuruldu
priqojin təyyarə qəza rusiya səmasında vuruldu
Putin Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib
21:40 24.08.2023 (Yenilənib: 22:59 24.08.2023) Qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkin də olub.
BAKI, 24 avqust - Sputnik. Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq” - Rusiya prezidenti deyib.
Putin Priqojinin təyyarəsində qəzaya uğrayaraq ölənlərin ailələrinə başsağlığı verib
Rusiya Prezidenti Vladimir Putin “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
İlkin məlumatlar təyyarədə “Vaqner” şirkətinin əməkdaşlarının olduğunu göstərir.
“Aviaqəzaya gəlincə, ilk növbədə bütün ölənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, həmişə faciədir. Orada həqiqətən “Vaqner”çilər olubsa - ilkin məlumatlar göstərir ki, orada şirkətin əməkdaşları olub - qeyd etmək istərdim ki, onlar bizim ümumi işimizə töhfə vermiş insanlardır”, - V.Putin bildirib.
Rusiyada içində Priqojinin də olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb - VİDEO
Bu gün həqiqətən Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin bütün komandirləri ilə Afrikadan Rusiyaya uçub.
Bu barədə “BBC News”un rusiyalı xüsusi müxbiri Andrey Zaxarov məlumat verib.
Jurnalist bildirib ki, Priqojin bu gün Afrikadan Rusiyaya uçub, onunla birlikdə “Vaqner”in bütün komanda heyəti də olub:
“O, başqa təyyarədə olsa, möcüzə olar”.
Qeyd edək ki, bu gün Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkin də olub.
Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkin olub.
Bu barədə “Meduza” agentliyi xəbər verir.
Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “sağ əli” olub.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tver vilayətində göyərtəsində on nəfərin olduğu özəl “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb.
"Hava gəmisinin göyərtəsində on nəfər olub, onlardan üçü ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub", - Nazirlikdən bildirilib.
Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu dəqiqləşdirilir. Təyyarənin Kujenkino kəndi yaxınlığına düşdüyü bildirilir. Hazırda xilasedicilər axtarış aparır.
Öz növbəsində Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, sərnişinlərin siyahısında Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojinin də adı-soyadı var.
Agentlik qəza ilə bağlı araşdırmaya başladıqlarını da vurğulayıb.
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - məlumatda vurğulanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfərin hamısı ölüb.
Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.
Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.
Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
Bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.