Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ölkədə dənli bitkilərin kütləvi biçini başa çatır

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidTaxıl biçini
Taxıl biçini - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930,0 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılıb.
BAKI, 26 avqust - Sputnik. Respublikada dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2023-cü il avqust ayının 15-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930,0 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılıb.
Sahələrdən 2915,3 min ton məhsul toplanıb, məhsuldarlıq 32,0 sentnerə bərabər olub. Məhsulun 1828,6 min tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda və Naxçıvan Muxtar Respublikasında biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq olaraq 45,3), Bərdə (44,8), Tərtər (43,5), Sabirabad (42,9), Salyan (41,9), Ağdam (41,3), Saatlı (40,9), İmişli (39,6), Tovuz (39,6) və Samux (39,5) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118,0 min ton), Hacıqabul (107,0 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93,0 min ton) rayonlarında müşahidə olunub.
Xəbər lenti
0