Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputatların tətili gələn həftə başa çatır

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Bu il sentyabrın 30-u şənbə gününə təsadüf etdiyindən parlamentin payız sessiyası oktyabrın 2-də keçiriləcək.
BAKI, 26 avqust-Sputnik. Milli Məclisin deputatları gələn həftə tətildən qayıdacaqlar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Daxili Nizamnamənin birinci maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il sentyabrın 30-u şənbə gününə təsadüf etdiyindən parlamentin payız sessiyası oktyabrın 2-də keçiriləcək.
Xəbər lenti
0