Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan "qırmızı qızılı"nı hansı ölkələrə və neçəyə ixrac edir?

© AFP 2024 / RONALDO SCHEMIDTPomidor məhsulu
Pomidor məhsulu - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac edib.
BAKI, 26 avqust — Sputnik. Azərbaycanın pomidor ixracında Rusiya ilk yeri tutur. Bu ilin ilk 6 ayında ölkəmizin cəmi pomidor ixracının 97,9%-i Rusiyanın payına düşüb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 116 milyon 884 min dollar dəyərində 105 min 855 ton pomidor ixrac edilib. Bu da Azərbaycanın ümumi pomidor ixracının 97,9%-i deməkdir.
İkinci yerdə Belarusdur
Azərbaycanın pomidor ixracında ikinci yerdə Belarus gəlir. Belə ki, bu ilin 6 ayında ölkəmizdən Belarusa 2 milyon 237 min dollar dəyərində 953 ton pomidor göndərilib.
Üçüncü yerdə Polşa
Pomidor ixracında üçüncü yeri Polşa tutur. Cari ilin 6 ayında ölkəmizdən Polşaya 1 milyon 255 min dollar dəyərində 882 ton məhsul göndərilib.
Cari ilin 6 ayında Ukraynaya 298 min dollar dəyərində 373 ton pomidor ixrac edilib.
Ölkəmizdən Moldovaya, Qazaxıstana və digər ölkələrə də az miqdarda pomidor ixrac edilib.
İxrac miqdar baxımından artıb
Ümumilikdə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor xaricə ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 4,8% azalıb, miqdar ifadəsində isə 2,2% artıb.
Pomidorun ixrac qiyməti ucuzlaşıb
1 ton pomidorun orta ixrac qiyməti 2022-ci ilin 6 ayında 1199 dollar ikən, 2023-cü ilin 6 ayında isə 1117 dollar olub. Beləliklə, bu il pomidorun orta ixrac qiyməti 82 dollar ucuzlaşıb.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında pomidor ixracının ümumi qeyri-neft məhsullarının ixracında olan payı 6,81%-ə bərabər olub.
Pomidor, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.03.2023
İQTİSADİYYAT
Azərbaycanda pomidor kəskin bahalaşıb, ixrac azalıb
Xəbər lenti
0