https://sputnik.az/20230826/almaniya-qaz-kemerlerini-qorumaq-ucun-elave-tedbirler-gormeyib-458033075.html
Almaniya qaz kəmərlərini qorumaq üçün əlavə tədbirlər görməyib
Almaniya qaz kəmərlərini qorumaq üçün əlavə tədbirlər görməyib
Sputnik Azərbaycan
Niderland hərbi kəşfiyyatına Ukrayna ilə əlaqəli 6 nəfərdən ibarət qrupun qaz kəmərlərinə hücum hazırlaması barədə məlumat daxil olduğu bildirilib. 26.08.2023, Sputnik Azərbaycan
2023-08-26T14:53+0400
2023-08-26T14:53+0400
2023-08-26T14:53+0400
qaz
dünya xəbərləri
almaniya
"şimal axını-2"
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_0:160:3072:1888_1920x0_80_0_0_f5d7ea62c0b120fd7081c9fe1656f95d.jpg
BAKI, 26 avqust — Sputnik. Xarici kəşfiyyat orqanlarının terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlarına baxmayaraq, Almaniya "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini qorumaq üçün heç bir əlavə tədbir görməyib. Bu barədə ZDF telekanalı və "Spiegel" nəşrinin yeni materialında deyilir. Niderland hərbi kəşfiyyatına Ukrayna ilə əlaqəli 6 nəfərdən ibarət qrupun qaz kəmərlərinə hücum hazırlaması barədə məlumat daxil olduğu bildirilib. ABŞ Məkərzi Kəşfiyyat İdarəsi məlumatı Almaniya Federal Kəşfiyyat Xidmətinə məlumat veriblər. Hücumun 2022-ci ilin iyununda baş verə biləcəyi bildirilib. ZDF yazır: "Məlumat verənin qeyd etdiyi vaxt intervalı keçib və heç bir hücum baş vermədiyi üçün Almaniya 2022-ci ildə boru kəmərini qorumaq üçün heç bir əlavə tədbir görməyib". 2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin partladılması misli görünməmiş hadisədir və təmirin vaxtını təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb. Amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş fevralın 8-də araşdırmasını dərc edib və bildirib ki, 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıclarının dəstəyi ilə Baltops təlimləri adı altında Rusiya qaz kəmərlərinin altına partlayıcı qurğular yerləşdirilib. Herşin sözlərinə görə, əməliyyata başlamaq qərarı ABŞ prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib. Daha sonra Pentaqon RİA Novosti-yə bildirib ki, ABŞ-ın Rusiya qaz kəmərlərini zədələməklə heç bir əlaqəsi yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_171:0:2902:2048_1920x0_80_0_0_5f8c66db82743ccac62bf0802beecb4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, almaniya, "şimal axını-2", abş, rusiya
qaz, almaniya, "şimal axını-2", abş, rusiya
Almaniya qaz kəmərlərini qorumaq üçün əlavə tədbirlər görməyib
Niderland hərbi kəşfiyyatına Ukrayna ilə əlaqəli 6 nəfərdən ibarət qrupun qaz kəmərlərinə hücum hazırlaması barədə məlumat daxil olduğu bildirilib.
BAKI, 26 avqust — Sputnik. Xarici kəşfiyyat orqanlarının terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlarına baxmayaraq, Almaniya "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini qorumaq üçün heç bir əlavə tədbir görməyib. Bu barədə ZDF telekanalı və "Spiegel" nəşrinin yeni materialında deyilir.
Niderland hərbi kəşfiyyatına Ukrayna ilə əlaqəli 6 nəfərdən ibarət qrupun qaz kəmərlərinə hücum hazırlaması barədə məlumat daxil olduğu bildirilib. ABŞ Məkərzi Kəşfiyyat İdarəsi məlumatı Almaniya Federal Kəşfiyyat Xidmətinə məlumat veriblər. Hücumun 2022-ci ilin iyununda baş verə biləcəyi bildirilib.
ZDF yazır: "Məlumat verənin qeyd etdiyi vaxt intervalı keçib və heç bir hücum baş vermədiyi üçün Almaniya 2022-ci ildə boru kəmərini qorumaq üçün heç bir əlavə tədbir görməyib".
2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin partladılması misli görünməmiş hadisədir və təmirin vaxtını təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş fevralın 8-də araşdırmasını dərc edib və bildirib ki, 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıclarının dəstəyi ilə Baltops təlimləri adı altında Rusiya qaz kəmərlərinin altına partlayıcı qurğular yerləşdirilib. Herşin sözlərinə görə, əməliyyata başlamaq qərarı ABŞ prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib. Daha sonra Pentaqon RİA Novosti-yə bildirib ki, ABŞ-ın Rusiya qaz kəmərlərini zədələməklə heç bir əlaqəsi yoxdur.