https://sputnik.az/20230825/jurnalistler-ucun-insa-edilmis-3-cu-binanin-taleyine-aydinliq-getirildi---resmi-458030340.html
Jurnalistlər üçün inşa edilmiş 3-cü binanın taleyinə aydınlıq gətirildi - Rəsmi
Jurnalistlər üçün inşa edilmiş 3-cü binanın taleyinə aydınlıq gətirildi - Rəsmi
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz *Facebook hesabında açıqlama verib. 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T15:47+0400
2023-08-25T15:47+0400
2023-08-25T15:48+0400
cəmiyyət
jurnalist
bina
şəhid ailələri
mənzil
https://cdnn1.img.sputnik.az/img/40347/92/403479256_0:0:2049:1153_1920x0_80_0_0_a09d489565bb1b800563ed160e87f62f.jpg
BAKI, 25 avqust — Sputnik. Üçüncü "Jurnalistlər Binası"nın taleyinə rəsmi aydınlıq gətirilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ildə inşa olunan binanın şəhid ailələrinə veriləcəyini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz Facebook* hesabında açıqlama verib. Xatırladaq ki, jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210722/Azrbaycan-milli-mtbuatnn---kini-qzetinin-yaranmasndan-146-il-tr-427511072.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/92/403479256_90:0:1907:1363_1920x0_80_0_0_2bdb1a613817d3169a05d215240989bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
jurnalist, bina, şəhid ailələri, mənzil
jurnalist, bina, şəhid ailələri, mənzil
Jurnalistlər üçün inşa edilmiş 3-cü binanın taleyinə aydınlıq gətirildi - Rəsmi
15:47 25.08.2023 (Yenilənib: 15:48 25.08.2023) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz *Facebook hesabında açıqlama verib.
BAKI, 25 avqust — Sputnik. Üçüncü "Jurnalistlər Binası"nın taleyinə rəsmi aydınlıq gətirilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ildə inşa olunan binanın şəhid ailələrinə veriləcəyini açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz Facebook* hesabında açıqlama verib.
"Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni "Salyan yolu, ev 20" ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - deyə qeyd edib.
Xatırladaq ki, jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.