Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi attaşelər Hərbi Hava Qüvvələrinin (HHQ) "N" saylı hərbi hissəsi ilə tanış olub

© AR Ministry of DefenceHərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər
Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
BAKI, 25 avqust — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
© AR Ministry of DefenceHərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər
Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər
Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
0