https://sputnik.az/20230825/ermenistanda-etraf-muhite-ciddi-zerer-vurulur-ekoloji-fesadlar-yaranir---hesabat-458015058.html
Ermənistanda ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır - Hesabat
Ermənistanda ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır - Hesabat
Sputnik Azərbaycan
Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T13:36+0400
2023-08-25T13:36+0400
2023-08-25T13:36+0400
ermənistan
dünya xəbərləri
ətraf mühit
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425549866_0:0:2790:1569_1920x0_80_0_0_9ed192f8a0aeddf5defcc46230eaf9a1.jpg
BAKI, 25 avqust — Sputnik. Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır. Bu "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat"da öz əksini tapıb. Qeyd olunub ki, bu barədə Ermənistanın öz mətbuatlarında çoxlu neqativ məlumatlar işıqlandırılır. Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Qeyd edək ki, hesabatda Ermənistan ərazisində yerləşən 26 ədəd filiz hasilat yataqlarının kosmik monitorinqinin nəticələri yer alıb. Kosmik monitorinq işləri SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017 və 2023-cü il tarixlərində çəkilmiş peyk təsvirləri əsasında icra olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425549866_0:0:2480:1860_1920x0_80_0_0_7b5cb225d6617093ae6612e5cde31350.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ətraf mühit
Ermənistanda ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır - Hesabat
Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur.
BAKI, 25 avqust — Sputnik. Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır.
Bu "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat"da öz əksini tapıb.
Qeyd olunub ki, bu barədə Ermənistanın öz mətbuatlarında çoxlu neqativ məlumatlar işıqlandırılır. Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur.
"Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Ermənistan Espoo konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan hansısa fəaliyyət barəsində məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalı, razılıq əldə ediləndən sonra hansısa fəaliyyət həyata keçirilməlidir" - deyə hesabatda bildirilib.
Qeyd edək ki, hesabatda Ermənistan ərazisində yerləşən 26 ədəd filiz hasilat yataqlarının kosmik monitorinqinin nəticələri yer alıb. Kosmik monitorinq işləri SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017 və 2023-cü il tarixlərində çəkilmiş peyk təsvirləri əsasında icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.