CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aqrar İnnovasiya Festivalında "Rusiya-Azərbaycan tarla günü-2023" keçirildi - Fotolar

© Photo : The Agro Services Agency under The Ministry of Agriculture“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Festival çərçivəsində toxum sərgi-satış yarmarkası, kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, "Rusiya-Azərbaycan tarla günü - 2023" keçirilib.
BAKI, 25 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi məlumat yayıb.
Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası baş tutub.
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi - Sputnik Azərbaycan, 1920, 25.08.2023
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
Toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb. Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə "Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı" mövzusunda təlim keçirilib. Toxumçularla müzakirələr aparılıb, fermerləri maraqlandırılan suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festival çərçivəsində toxum sərgi-satış yarmarkası, kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, "Rusiya-Azərbaycan tarla günü - 2023" keçirilib.
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi - Sputnik Azərbaycan, 1920, 25.08.2023
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.
Festival zamanı "Rusiya-Azərbaycan tarla günü-2023" çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi - Sputnik Azərbaycan
1/6
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi - Sputnik Azərbaycan
2/6

3/6

4/6

5/6

6/6

Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.
Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə "Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndəsliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə" mövzuda dəyirmi masa keçirilib.
Dəyirmi masa ətrafında yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb.
Xəbər lenti
0