SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni mərhələ: Özbəkistan-Azərbaycan münasibətləri dərinləşir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Özbəkistan prezidentləri
Azərbaycan və Özbəkistan prezidentləri  - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Aydın Mirzəzadə bildirib ki, Özbəkistan Azərbaycanı çətin zamanlarda müdafiə edən və ona hər zaman dəstəyini göstərən ölkələrdən biridir.
BAKI, 24 avqust — Sputnik. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar aparılıb.
Sputnik Azərbaycan Özbəkistan prezidentinin Azərbaycana səfərinin yekunları ilə bağlı millət vəkili Aydın Mirzəzadənin və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarının dostluq və qardaşlığının qədim tarixi var: "Bu münasibətlərinin inkişafı üçün hər iki ölkə lideri hazırda yüksək səviyyədə işlər icra edirlər. Dünya siyasətində yeni seçilmiş prezidentin ilk xarici səfərini hansı ölkəyə etməsinin böyük əhəmiyyəti var. Özbəkistan dünya miqyasında nüfuzlu bir ölkədir və Mirziyoyevin ilk xarici səfərini Azərbaycana etməsi onun ölkəmizlə münasibətlərə nə qədər böyük önəm verdiyini bir daha göstərir".
Aydın Mirzəzadə bildirib ki, Özbəkistan Azərbaycanı çətin zamanlarda müdafiə edən və ona hər zaman dəstəyini göstərən ölkələrdən biridir:
"Türkiyə ilə yanaşı bu gün Özbəkistanda Qarabağın yenidən qurulmasında iştirak edir. Eyni zamanda Prezident Şavkat Mirziyoyev Ulu öndərin siyasi irsinə böyük rəğbəti və hörmətini bu səfərində bir daha təsdiqləmiş oldu. Bir müddət əvvəl ölkələrimiz arasında Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar qəbul edildi və bu Azərbaycan parlamenti tərəfindən də təsdiqləndi. Bu gün ölkələrimiz arasında münasibətlər öz inkişafının yeni mərhələsini yaşayır. Bir müddət əvvəl bu ölkəyə səfərim zamanı Özbəkistanın sürətli inkişafının şahidi oldum".
"Hesab edirəm ki, Özbəkistan və Azərbaycanı birləşdirən oşar cəhətlər çoxdur. Bu gün Azərbaycan-Özbəkistan əməkdaşlığı həm ikitərəfli, həm də regional prosesə böyük töhfə verə bilər", - deyə millət vəkili qeyd edib.
Millət vəkili xatırladıb ki, bir müddət əvvəl Azərbaycanda Özbəkistan mədəniyyət və incəsənət günləri keçirilib: "Ölkələrimiz arasında əməkdaşlığın böyük perspektivləri var və qarşımızda bunun üçün çox böyük imkanlar dayanır".
Politoloq İlyas Hüseynov da Özbəkistan Prezidentinin səfəri ilə bağlı maraqlı məqamlara toxunub.
Politoloq qeyd edib ki, iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir: "Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə intensiv dialoq aparır. Vətən müharibəsindən sonra bu, keyfyyətcə yeni mərhələyə çıxıb. Burada türkdilli dövlətlər faktorunu da nəzərə almaq lazımdır. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstanla yanaşı, Tacikistan da Mərkəzi Asiya -Cənubi Qafqaz- Avropa arasında bu bağlantıda fəal surətdə iştirak edir".
Politoloq vurğulayıb ki, Özbəkistan və Qazaxıstan bu xüsusda seçilirlər: "Çünki hər iki ölkə işğaldan azad edilmiş ərazilərdə incəsənət və təhsil sahəsində investisiyalar yatırıblar. Özbəkistan sərmayəsi ilə tikilən məktəb gələcəkdə münasibətləri yaxınlaşdırıcı bir faktor kimi çıxış edəcək. Digər tərəfdən strateji münasibətləri gücləndirmək üçün sənədlər imzalanıb ki, bu da həmin məsələlər üçün hüquqi diplomatik bazanı formalaşdırır, gələcək əməkdaşlıq üçün perspektivləri genişləndirir".
"Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində olan əməkdaşlıqda inteqrasiya amilini nəzərə almalıyıq. Mərkəzi Asiyada son dövrlər ABŞ, Rusiya, Çin arasında gedən geosiyasi savaş nöqteyi-nəzərdən dövlətlərin öz siyasi immuniteti formalaşır. Mərkəzi Asiyada türkçülük fenomeni güclənməkdədir. Burada Bakı və Ankara lokomotiv rolunu oynayır. Ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi, xüsusi təyinatlı qüvvələrin hazırlıqlarının artırılması çərçivəsində atılan addımlar bu qəbildəndir. Azərbaycan prezidenti də sıx iqtisadi əlaqələr və ticari münasibətlərin genişlənməsi fonunda vahid təhlükəsizlik qüvvələrinin formalaşdırılmasının zəruriliyini ifadə edib. Münasibətlər çoxşaxəlidir və bundan sonra daha da sürətlə inkişaf edəcək", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0