https://sputnik.az/20230824/whatsapp-ve-diger-tetbiqlerde-hesablarin-ele-kecirilmesi-ile-bagli-xeberdarliq-edilib-457954246.html
"WhatsApp" və digər tətbiqlərdə hesabların ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edilib
"WhatsApp" və digər tətbiqlərdə hesabların ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir. 24.08.2023, Sputnik Azərbaycan
2023-08-24T08:43+0400
2023-08-24T08:43+0400
2023-08-24T08:43+0400
whatsapp
cəmiyyət
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
hi-tech
sms
whatsapp
"whatsapp"
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0d/425945784_0:161:3071:1888_1920x0_80_0_0_8918ed5ddd9124fdb2a02bb7c91bfaf8.jpg
BAKI, 24 avqust — Sputnik. Son zamanlar kütləvi şəkildə "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir. "Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür", - deyə məlumatda bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0d/425945784_170:0:2901:2048_1920x0_80_0_0_48549fc285c28dad62871a38ff06f287.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
whatsapp, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, hi-tech, sms, whatsapp, "whatsapp"
whatsapp, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, hi-tech, sms, whatsapp, "whatsapp"
"WhatsApp" və digər tətbiqlərdə hesabların ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edilib
Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.
BAKI, 24 avqust — Sputnik. Son zamanlar kütləvi şəkildə "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.
Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür", - deyə məlumatda bildirilir.