CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp" hesabı oğurlananlar nə etməlidir? Ekspert bunları məsləhət görür

© AFP 2023 / YURI KADOBNOVWhatsApp loqosu
WhatsApp loqosu - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Hesabınız elə keçirilərsə, onu geri qaytara biləcəksiniz. Bunun üçün siz ələ keçirilən tətbiqinizdən şikayət edərək hesabınızı bərpa edə biləcəksiniz.
BAKI, 24 avqust — Sputnik. Kibercinayətkarlar "WhatsApp” profillərini ələ keçirmək üçün "OTP” kodlarını beynəlxalq SMS daşıyıcılar səviyyəsində ələ keçirdilər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyib.
Ekspert qeyd edir ki, təhlükənin miqyası təkcə “WhatsApp”-la bağlı deyil. Bütün sosial şəbəkələrimiz, maillərimiz, bir sözlə SMS təsdiqi istəyən bütün tətbiqlərimizdə bu risk var:

"Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi barədə şikayətlər olub. Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmada məlum olub ki, problem istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir".

© Photo : Courtesy of Elvin AbbasovElvin Abbasov
Elvin Abbasov - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Elvin Abbasov
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla (https://bitly.ws/SUVt) tanış olmaq mümkündür", - deyə o əlavə edib.
Lakin E.Abbasov həmçinin bildirib ki, ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək hesabın ələ keçirilməsinin qarşısını almır. Bu təhlükəsizlik funksiyasının işə salınması kibercinayətkarların hansısa yolla giriş məlumatınızı əldə etməsi halında hesabınızı icazəsiz girişdən qorumağa kömək edə bilər. Yəni bu funksiya ilə şəxsi yazışmalar və digər məlumatlar kibercinayətkarlar üçün əlçatan olmur. Hesabınız elə keçirilərsə, onu geri qaytara biləcəksiniz. Bunun üçün siz ələ keçirilən tətbiqinizdən (misal üçün: "WhatsApp”-dan) şikayət edərək hesabınızı bərpa edə biləcəksiniz:

"Hesabınızda ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməmisizsə və hesabınız ələ keçirilibsə, ehtimal ki, kiberdələduzlar sizin hesabınızda ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirəcək. Bu halda siz hesabınızı geri qaytarsanız belə məlumatlarınız sizin üçün əlçatan olmayacaq".

Onun sözlərinə görə, bu problem nə xidmət sahibi ("WhatsApp” və digərləri), nə də istifadəçi ilə əlaqəlidir. Bu hal OTP kodların beynəlxalq SMS servisləri ilə əlaqəlidir. Problemin aradan qalxması da beynəlxalq əməkdaşlıq müstəvisində həllini tapacaq.
Ekspert bildirir ki, burada hədəf insanlar deyil:

"Yəni burada nəzərdə tutulmuş xüsusi bir seqment yoxdur. Yəni gözləmədiyiniz anda siz və ya yaxınlarınızdan birinin hesabı elə keçirilə bilər. Onlara siz yox, hesablarınız lazımdır. Bu hesabların nə üçün istifadə olunması isə başqa bir mövzudur".

Ekspert ehtiyatlı və tədbirli olmağı tövsiyə edir:
"Texnologiyadan düzgün istifadə etməsəniz, ehtiyatlı olmasanız texnologiya sizin dostunuz olmayacaq. İlk növbədə rəqəmsal dünyanın təhlükələrindən özünüzü qorumağı öyrənməlisiniz. Çünki kibercinayətkarlar və dələduzlar daim iş başındadır".
Qeyd edək ki, son zamanlar kütləvi şəkildə "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.
Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür", - deyə məlumatda bildirilir.

2.5 milyarddan çox isitfadəçisi olan "Whatsapp"ın oğurlanmasını necə bilmək olar?
"Whatsapp" hesabınızda kontaktlar yoxdursa, xəbəriniz olmadan məlumatlı olmadığınız naməlum qrupa üzv edilmisizsə, profil fotosu və məlumatlarınızı dəyişə, yeniləyə bilmirsizsə, bu o dmeəkdir ki, "Whatsapp"ız oğurlanıb.
CC0 / FirmBee / phoneMobil telefon, arxiv
Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Mobil telefon, arxiv
Hakerlərin əsas istəklərindən biri nədir?
Hakerlər daha çox kontaktlarınızda olan şəxslərdən pul tələb edə bilər. Hesabınız oğurlanıbsa, digər sosial şəbəkələr üzərindən bu haqda məlumat yayın və ətrafınızdakı şəxslərə sizdən gələn mesajları açmamağı, ehtiyyatlı olmağı tövsiyə edin.
Hesabınızı bərpa etdikdən sonra:
Sosial şəbəkələnizin aktiv olduğu bütün brauzerlərdən çıxış edin
Xəbəriniz və məlumatlı olmadığınız, yenicə daxil edildiyiniz qrupları tərk edin
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0