https://sputnik.az/20230824/turkiye-merkezi-banki-ucot-derecesini-keskin-qaldirdi-457992472.html
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin qaldırdı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin qaldırdı
Sputnik Azərbaycan
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb. 24.08.2023, Sputnik Azərbaycan
2023-08-24T16:16+0400
2023-08-24T16:16+0400
2023-08-24T16:16+0400
iqtisadiyyat
türkiyə
mərkəzi bank
uçot dərəcəsi
faiz
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455749517_0:0:3393:1910_1920x0_80_0_0_237b917d46a43e609866ef9483a6d5d9.jpg
BAKI, 24 avqust — Sputnik. Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, TCMB uçot dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb. Qeyd edək ki, iqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizi 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub. Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk Lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb. Məlumatda deyilir ki, inflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və İdarə Heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib. TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455749517_388:0:3119:2048_1920x0_80_0_0_ab2708cafbd8230f3f399d816a37d7e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, mərkəzi bank, uçot dərəcəsi, faiz
türkiyə, mərkəzi bank, uçot dərəcəsi, faiz
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin qaldırdı
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb.
BAKI, 24 avqust — Sputnik. Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, TCMB uçot dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb.
Qeyd edək ki, iqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizi 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub.
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk Lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb.
Məlumatda deyilir ki, inflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və İdarə Heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.