https://sputnik.az/20230824/prezident-lham-eliyev-belcika-xn-rehberini-ermeniperest-movqeyine-gore-qebul-etmeyecek-457969144.html
Prezident İlham Əliyev Belçika XİN rəhbərini ermənipərəst mövqeyinə görə qəbul etməyəcək
Prezident İlham Əliyev Belçika XİN rəhbərini ermənipərəst mövqeyinə görə qəbul etməyəcək
Sputnik Azərbaycan
Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. 24.08.2023, Sputnik Azərbaycan
2023-08-24T10:44+0400
2023-08-24T10:44+0400
2023-08-24T10:45+0400
belçika
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457967592_0:160:3072:1888_1920x0_80_0_0_09b4da46f81e7a0fa4db1eb335ad8262.jpg
BAKI, 24 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək. Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək. Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur. Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma "erməni soyqırımı" abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457967592_171:0:2902:2048_1920x0_80_0_0_6f90785789b28308dc1e572c10564cfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belçika, prezident ilham əliyev
belçika, prezident ilham əliyev
Prezident İlham Əliyev Belçika XİN rəhbərini ermənipərəst mövqeyinə görə qəbul etməyəcək
10:44 24.08.2023 (Yenilənib: 10:45 24.08.2023) Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.
BAKI, 24 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək.
Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.
Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.
Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.
Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma "erməni soyqırımı" abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.