Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun yeni BA.2.86 ştammı ilə bağlı xəbərdarlıq!

© AP Photo / Ng Han GuanKoronavirusa qarşı tibbi maska taxmış qadın, arxiv şəkli
Koronavirusa qarşı tibbi maska taxmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Bu virus daha çox patalogiyası olan xəstələrdıə ağır keçir.
BAKI, 24 avqust — Sputnik. "Azərbaycanda koronavirusun yeni yayılmış BA.2.86 ştammına yoluxmanın olub-olmadığını dəqiqləşdirmək üçün özündə COVID virusunun əlamətlərinin olduğunu hiss edən, temperaturu olan xəstələr analiz verməlidirlər. Şəxsi müşahidəmizə görə, koronavirusa yoluxmuş xəstələrdə hələki yeni ştammın əlamətlərini hiss edənlər yoxdur".
Bu sözləri Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O, deyib ki, koronavirus mutasiyaya uğradıqca zəifləməlidir. Amma yeni ştammın daha sürətlə yayıldığı bildirilir. Onun sözlərinə görə, bu virus daha çox patalogiyası olan xəstələrdıə ağır keçir.
"BA.2.86 ştammı da koronavirusun digər variantları ilə təxminən eyni əlamətlərə malikdir. Temperatur, mədə-bağırsaq və tənəffüs yollarında fəsadlarla müşahidə olunur. Əvvəl hər temperaturu olan xəstədən analiz götürülürdü. Amma son aylar buna əməl olunmur. Ona görə də kiminsə yeni ştamma yoluxub-yoluxmadığını dəqiq öyrənmək mümkün deyil"deyə G. SAdıqova bildirib.
Həmsöhbətimiz bildirib ki, payızda mövsümi qrip viruslarının da fəallaşdığı dövrdür. Ona görə də temperaturu olan xəstələrin COVID analizi verməsi tövsiyyə olunur.
Qeyd edək ki, artıq Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi Böyük Britaniyada BA.2.86 koronavirusunun yeni variantını aşkar edib. Mütəxəssislər ondakı sünbül geninin 30-dan çox mutasiyasını hesablayıblar.
“The Guardian” yazır ki, bu tip koronavirus ilk dəfə İsraildə aşkarlanıb. Daha sonra variant Danimarka və ABŞ-da qeydə alınıb. Avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatı BA.2.86-nın yayılmasına nəzarət edəcəyini elan edib. Mutasiyaların çoxluğuna görə müşahidə altında olan variantlar siyahısına daxil edilib.
G. Sadıqova isə səyahətlərin bir neçə xarici ölkədə aşkarlanan BA.2.86 ştammına yoluxmanı sürətləndirməyəcəyi fikrindədir. Onun sözlərinə görə, virusun yeni ştammı çox az ölkədə tapıldığından, üstəlik artıq istirahət mövsümünün başa çatması səbəbindən turistlərin səfərlərinin azalması virusun yeni ştammının yayılmasını alovlandırmayacaq.
Qeyd edək ki, Rusiyanın tibb elmləri doktoru, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladislav Jemçuqov koronavirusunun yeni variantı olan BA.2.86 ştammının ciddi təhlükə törətməsi ehtimalı az olduğunu söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib. Bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir. Qeyd edilib ki, 1,4 milyon yoluxma halı qeydə alınıb.
Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.
"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır", - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.
ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Xəbər lenti
0