CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ADY bu istiqamətdə əlavə qatar reysləri təyin edib

© Sputnik / Murad OrujovQatar, arxiv şəkli
Qatar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Əlavə təyin edilən qatarlar bazar günü saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
BAKI, 24 avqust — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 27 avqust tarixinə əlavə qatar reysləri təyin edib.
Əlavə təyin edilən qatarlar bazar günü saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0