Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Son 28 gündə dünyada COVID-19-a yoluxma kəskin artıb - ÜST

© AFP 2024 / FABRICE COFFRINIÜST loqosu
ÜST loqosu - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.
BAKI, 23 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son 28 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib. Bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.
Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.
Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır", - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.
ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0