https://sputnik.az/20230823/rusiyanin-amfibiya-teyyaresi-canaqqalada-yangininin-sondurulmesinde-istifade-olunur-457936356.html
Rusiyanın amfibiya təyyarəsi Çanaqqalada yanğınının söndürülməsində istifadə olunur
Rusiyanın amfibiya təyyarəsi Çanaqqalada yanğınının söndürülməsində istifadə olunur
Sputnik Azərbaycan
Türkiyənin kənd təsərrüfatı və meşə naziri bildirib ki, hazırda 8 təyyarə, 26 helikopter, 639 çiləyici və tikinti texnikası, təxminən 2700 nəfərlik heyətlə... 23.08.2023, Sputnik Azərbaycan
2023-08-23T12:41+0400
2023-08-23T12:41+0400
2023-08-23T12:41+0400
amfibiya
rusiya
türkiyə
yanğın
rusiya
yanğınsöndürənlər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427702892_0:58:3437:1991_1920x0_80_0_0_c6241c6b6192fa8b6061fedd50c159b0.jpg
BAKI, 23 avqust — Sputnik. Türkiyənin Rusiya Federasiyasından icarəyə götürdüyü amfibiya təyyarəsi hazırda Çanaqqala vilayətində baş verən güclü meşə yanğınının söndürülməsində istifadə olunur. Sputnik Azərbaycan TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib. Nazir bildirib ki, hazırda 8 təyyarə, 26 helikopter, 639 çiləyici və tikinti texnikası, təxminən 2700 nəfərlik heyətlə yanğınla mübarizəmizi davam etdiririk. Bu təyyarələrdən biri də Rusiyadan icarəyə götürdüyümüz və çox yüksək tonajlı su daşıya bilən təyyarədir. O bildirib ki, 85 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu heyvan tələf olub. İlkin olaraq kəndlərdən ahıl və xroniki xəstəlikləri olan 83 nəfər xəstəxanaya göndərilib. Onlardan yalnız 8-i müşahidə altındadır. Həyatları üçün təhlükə yoxdur. Çanaqqala boğazı hazırda hər iki tərəfdən gəmilərin hərəkəti üçün bağlıdır. Xatırladaq ki, dünən axşam saatlarında Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını başlayıb. Yanğının səbəbi hələlik məlum deyil. Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Çanaqqalada baş verən meşə yanğınında yüzlərlə hektar meşə və əkin sahəsi külə dönüb. Yanğınla əlaqədar şosse və Çanaqqala boğazı hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, 9 kənddən 1251 nəfər təxliyə edilib. Yanğına havadan və qurudan müdaxilə davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230823/canaqqalada-guclu-mese-yanginina-havadan-ve-qurudan-mudaxile-davam-edir---vdeo-457931358.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427702892_353:0:3084:2048_1920x0_80_0_0_677577c57732c632f9fc406cee08ae96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
amfibiya, türkiyə, yanğın, rusiya, yanğınsöndürənlər
amfibiya, türkiyə, yanğın, rusiya, yanğınsöndürənlər
Rusiyanın amfibiya təyyarəsi Çanaqqalada yanğınının söndürülməsində istifadə olunur
Türkiyənin kənd təsərrüfatı və meşə naziri bildirib ki, hazırda 8 təyyarə, 26 helikopter, 639 çiləyici və tikinti texnikası, təxminən 2700 nəfərlik heyətlə yanğınla mübarizəmizi davam etdiririk.
BAKI, 23 avqust — Sputnik. Türkiyənin Rusiya Federasiyasından icarəyə götürdüyü amfibiya təyyarəsi hazırda Çanaqqala vilayətində baş verən güclü meşə yanğınının söndürülməsində istifadə olunur.
Sputnik Azərbaycan TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
Nazir bildirib ki, hazırda 8 təyyarə, 26 helikopter, 639 çiləyici və tikinti texnikası, təxminən 2700 nəfərlik heyətlə yanğınla mübarizəmizi davam etdiririk. Bu təyyarələrdən biri də Rusiyadan icarəyə götürdüyümüz və çox yüksək tonajlı su daşıya bilən təyyarədir.
O bildirib ki, 85 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu heyvan tələf olub. İlkin olaraq kəndlərdən ahıl və xroniki xəstəlikləri olan 83 nəfər xəstəxanaya göndərilib. Onlardan yalnız 8-i müşahidə altındadır. Həyatları üçün təhlükə yoxdur. Çanaqqala boğazı hazırda hər iki tərəfdən gəmilərin hərəkəti üçün bağlıdır.
Xatırladaq ki, dünən axşam saatlarında Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.
Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Çanaqqalada baş verən meşə yanğınında yüzlərlə hektar meşə və əkin sahəsi külə dönüb. Yanğınla əlaqədar şosse və Çanaqqala boğazı hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, 9 kənddən 1251 nəfər təxliyə edilib. Yanğına havadan və qurudan müdaxilə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.