DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çanaqqalada güclü meşə yanğınına havadan və qurudan müdaxilə davam edir - VİDEO

© AFP 2023 / Cesar MansoMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Yanğınla əlaqədar şosse və Çanaqqala boğazı hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, 9 kənddən 1251 nəfər təxliyə edilib.
BAKI, 23 avqust — Sputnik. Türkiyənin Çanaqqala vilayətində meşə yanğınına havadan və qurudan müdaxilə davam edir.
Sputnik Azərbaycan "TRTHABER"ə istinadla xəbər verir ki, Çanaqqalada baş verən meşə yanğınında yüzlərlə hektar meşə və əkin sahəsi külə dönüb. Yanğınla əlaqədar şosse və Çanaqqala boğazı hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, 9 kənddən 1251 nəfər təxliyə edilib. Yanğına havadan və qurudan müdaxilə davam edir.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı 4 helikopterin səhərə qədər uçuşlar etdiyini, hazırda 7 yanğınsöndürmə təyyarəsi22 yanğınsöndürmə vertolyotu ilə havadan müdaxilənin davam etdiyini bildirib.
Xatırladaq ki, dünən axşam saatlarında Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.
Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0