https://sputnik.az/20230823/o-ses-turkiyenin-coban-pervini-qaxdaki-selalede-oxudu-turistler-onu-alqisladilar-457896039.html
"O səs Türkiyə"nin ulduzundan Qaxdakı şəlalədə möhtəşəm ifa: Turistlər onu alqışladılar
"O səs Türkiyə"nin ulduzundan Qaxdakı şəlalədə möhtəşəm ifa: Turistlər onu alqışladılar
Sputnik Azərbaycan
Məşhur çoban Pərvin Səfərovdan Qaxdakı şəlalədə möhtəşəm ifa
2023-08-23T00:39+0400
2023-08-23T00:39+0400
2023-08-23T00:39+0400
müğənni
video
qax
"o səs türkiyə"
azərbaycan milli konservatoriyası
vokal
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457896872_0:0:691:389_1920x0_80_0_0_6161cb04a47bdb29b51ce17e34601a54.png
Dünyada sosial şəbəkə vasitəsi ilə məşhurlaşan, arzularının sərhəddinə çatan xeyli sayda adam var. Pərvin Səfərov isə heyvanları otararkən zümzümə etdiyi mahnının onu öz arzularının reallaşmasına doğru aparacağını bəlkə də ağlının ucundan belə keçirməmişdi. Amma o, bir gecənin içində fenomenə çevrildi. Mükəmməl səs tembrinə malik Pərvinin yatsa yuxusuna da girməzdi ki, bir gün nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınacaq. Əvvəllər çobanlıqla məşğul olan qəhrəmanımız uğura aparan yol barədə Sputnik Azərbaycan-a bunları deyib: Pərvini sonra Milli Konservatoriyaya dəvət ediblər. Amma testdən keçə bilmədiyinə görə, həmin il qəbul oluna bilməyib. Daha sonra Mədəniyyət Nazirliyinə çağırıb kəndilərindəki kluba işə dəvət ediblər. Daha sonra Türkiyə televiziyaları onun haqqında reportajlar hazırlayıblar. Öndə gedən türk kanalları onun qoyun otararkən ifa etdiyi "Nazəndə sevgilim" mahnısının videonu tam olaraq yayımlayıblar. Türkiyənin məşhur şirkəti olan "Acun Media" onunla əlaqə saxlayaraq "O səs Türkiyə"yə dəvət edib. Ona paralel olaraq "Fox türk"dən və digər kanallarından da təklif alıb. Bu təkliflərin yalnız birini seçəmli olan Pərvin "O səs Türkiyə"yə üstünlük verib. Orada türk pop ulduzu Murad Bozun komandasında 3 turda iştirak edib. Layihə rəhbəri Acun Ilıcalı deyib ki, "Twitter"dən gələn çoxsaylı istəkləri nəzərə alaraq Pərvini "O səs Türkiyə"yə dəvət edilib. Zaman keçdikcə, Pərvinin uğurları artır. 2018-ci ildə ən böyük arzusuna çatır – Azərbaycan Milli Konservatoriyasına qəbul olunur. 2022-ci ildə Solo oxuma (milli vokal) ixtisasını bitirir. Pərvin deyir ki, bu uğurlar bir zamanlar onun üçün sadəcə bir xəyal idi. Bu günlərdə "O səs Türkiyə" yarışmasının iştirakçısı olan neftçalalı çoban Pərvin Səfərov Sputnik Azərbaycan-ın əməkdaşının toy məclisində iştirak etmək üçün Qax rayonuna dəvət edilib. O, Sputnik Azərbaycan-ın kollektivi ilə birlikdə təbiət qoynunu seyrə çıxıb. Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən, el arasında "Mamırlı şəlalə" adı ilə məşhur olan yeri ziyarət edib. Elə orada da, Sputnik Azərbaycan üçün Akif İslamzadənin repertuarından olan, musiqisi Arif Məlikova, sözləri Həmid Abbasa aid "Gəl bizim dağlara" mahnısını ifa edib. Bir anda onun səsinin sehrinə toplaşan turistlər, sonda onu şövqlə alqışlayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457896872_7:0:691:513_1920x0_80_0_0_3491fe42e6ba08dacc68cb379108d5c8.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
o səs türkiyəqaxda şəlalədə mamırlı şəlalə möhtəşəm ifa pərvin səfərov çoban
o səs türkiyəqaxda şəlalədə mamırlı şəlalə möhtəşəm ifa pərvin səfərov çoban
"O səs Türkiyə"nin ulduzundan Qaxdakı şəlalədə möhtəşəm ifa: Turistlər onu alqışladılar
Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən, el arasında "Mamırlı şəlalə" adı ilə məşhur olan yeri ziyarət edən Pərvin Səfərov Sputnik Azərbaycan üçün "Gəl bizim dağlara" mahnısını ifa edib.
Dünyada sosial şəbəkə vasitəsi ilə məşhurlaşan, arzularının sərhəddinə çatan xeyli sayda adam var. Pərvin Səfərov isə heyvanları otararkən zümzümə etdiyi mahnının onu öz arzularının reallaşmasına doğru aparacağını bəlkə də ağlının ucundan belə keçirməmişdi. Amma o, bir gecənin içində fenomenə çevrildi.
Mükəmməl səs tembrinə malik Pərvinin yatsa yuxusuna da girməzdi ki, bir gün nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınacaq. Əvvəllər çobanlıqla məşğul olan qəhrəmanımız uğura aparan yol barədə Sputnik Azərbaycan-a bunları deyib:
"2016-cı ilə qədər yol tikinti şirkətində traktorçu idim. 2017-ci ildə şirkətdə ixtisarlar oldu, mən də işdən uzaqlaşdırıldım. Kəndimizə qaytdım, yenə də əvvəlki kimi çobançılıqla məşğul olmağa başladım. 2017-ci ilin aprel ayı idi, həmişəki kimi qoyun otarırdım. Köhnə bir telefonum var idi, onun da ön kamerası yox idi, arxa kamerası ilə çəkdim. Öncə Tofiq Quliyevin bəstəsi olan "Axşam" mahnısını ifa etmişdim. Paylaşanda da tərəddüd edirdim ki, kimsə bəyənməz, insanların xoşagəlməz rəylər yazmasından ehtiyat edirdim. Axşam videonu sosial şəbəkələrdə paylaşdım. Səhər qoyunları otarmağa aparanda dostlarım zəng etdilər ki, populyar olmusan. Girib sosial şəbəklərə baxdım ki, xeyli insan paylaşıb bu videonu".
Pərvini sonra Milli Konservatoriyaya dəvət ediblər. Amma testdən keçə bilmədiyinə görə, həmin il qəbul oluna bilməyib. Daha sonra Mədəniyyət Nazirliyinə çağırıb kəndilərindəki kluba işə dəvət ediblər.
Daha sonra Türkiyə televiziyaları onun haqqında reportajlar hazırlayıblar. Öndə gedən türk kanalları onun qoyun otararkən ifa etdiyi "Nazəndə sevgilim" mahnısının videonu tam olaraq yayımlayıblar. Türkiyənin məşhur şirkəti olan "Acun Media" onunla əlaqə saxlayaraq "O səs Türkiyə"yə dəvət edib. Ona paralel olaraq "Fox türk"dən və digər kanallarından da təklif alıb. Bu təkliflərin yalnız birini seçəmli olan Pərvin "O səs Türkiyə"yə üstünlük verib. Orada türk pop ulduzu Murad Bozun komandasında 3 turda iştirak edib. Layihə rəhbəri Acun Ilıcalı deyib ki, "Twitter"dən gələn çoxsaylı istəkləri nəzərə alaraq Pərvini "O səs Türkiyə"yə dəvət edilib.
Zaman keçdikcə, Pərvinin uğurları artır. 2018-ci ildə ən böyük arzusuna çatır – Azərbaycan Milli Konservatoriyasına qəbul olunur. 2022-ci ildə Solo oxuma (milli vokal) ixtisasını bitirir. Pərvin deyir ki, bu uğurlar bir zamanlar onun üçün sadəcə bir xəyal idi.
Bu günlərdə "O səs Türkiyə" yarışmasının iştirakçısı olan neftçalalı çoban Pərvin Səfərov Sputnik Azərbaycan-ın əməkdaşının toy məclisində iştirak etmək üçün Qax rayonuna dəvət edilib. O, Sputnik Azərbaycan-ın kollektivi ilə birlikdə təbiət qoynunu seyrə çıxıb. Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən, el arasında "Mamırlı şəlalə" adı ilə məşhur olan yeri ziyarət edib. Elə orada da, Sputnik Azərbaycan üçün Akif İslamzadənin repertuarından olan, musiqisi Arif Məlikova, sözləri Həmid Abbasa aid "Gəl bizim dağlara" mahnısını ifa edib. Bir anda onun səsinin sehrinə toplaşan turistlər, sonda onu şövqlə alqışlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.